main-post-cover

    Hideo Kojima öz yeni studiyasını yaratdı

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bu gün səhər Sony Computer Entertainment şirkəti Hideo Kojima ilə yeni oyun seriyasının yaradılması haqqında bağlanmış müqaviləni təsdiq edib. Şirkətin rəsmi YouTube kanalında Andrew House ilə Hideo Kojima-ın iştirak etdiyi videoçarx yayımlanıb. Verilən məlumatda bildirilir Hideo Kojima-ın yeni oyunu eksklüziv olaraq PS4 üçün hazırlanır. 
    "Bu gün mənim şəxsi və heç kimdən asılı olmayan studiyam yarandı. Və bizim ilk proyektimizin PlayStation komandası ilə bir yerdə hazırlandığını söyləməkdən məmnunluq hissi duyuram" - deyə Kojima bildirib. O innovasiyalı məhsul satışa çıxartmasını söz verərək pərəstişkarları xəbərləri izləməkdə davam etməyi çağırıb. Andrew House isə öz növbəsində Kojima-ya minnətdarlığını bildirərək onunla çalışmaqdan şərəf hissi duyduğunu bildirib və qeyd edib ki, onun yeni oyununu çox səbrsizliklə gözləyir. Kojima Productions adlanan studiyanın artıq rəsmi saytı fəaliyyət göstərir. Orada bir çox vakansiyalar açıq elan olunub. Studiya ilə Sony şirkəti arasında bağlanmış müqavilənin şərtləri hələki sirr olaraq qalır. Lakin çox güman ki, biz onlar haqqında yaxın zamanda eşidəcəyik. Bizi izləməkdə davam edin.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər