main-post-cover

    Həyatın yaranması üçün ən optimal zaman hansıdır?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Kainatın təqribi olaraq 13.8 milyard il yaşı var. Bizim planet isə 4.5 milyard il bundan öncə yaranıb.

    Technote.az-ın "Astronomy.com” saytına istinadən verdiyi xəbərə əsasən bəzi alimlərin fikrincə zamanlar arasındakı bu fərq digər planetlərdəki həyatın bizimkindən milyardlarla il böyük olduğunu göstərir. Bununla belə yeni nəzəri iş güman edir ki, müasir həyat kosmik nöqteyi nəzərdən əslində vaxtsızdır. "Həyatın nə zaman yaranması sualına bir çoxları "indi” deyə cavab verirlər. Lakin biz aşkar etdik ki, həyatın gələcəkdə yaranma ehtimalı daha yüksəkdir” – deyə professor Avi Loeb bildirib. Bizə məlum olan həyat növü 30 milyon il bundan öncə Böyük Partlayış hadisəsi nəticəsində yaranmışdır. Bu həyat 10 trilyon ildən sonra son ulduzların sönməsi ilə yox olacaq. Loeb və onun həmkarları bu iki sərhəd arasında həyatın yarana bilmə ehtimalını araşdırıblar.
    Əsas faktor ulduzların həyat müddəti olub. Ulduzun kütləsi nə qədər böyükdürsə, onun həyat müddəti bir o qədər qısadır. Günəşin kütləsindən 3 dəfə böyük kütləli ulduzlar həyatın inkişafa başlamasından əvvəl yox olacaqlar. Və əksinə Günəşin kütləsinin 10%-dən daha az kütləli kiçik ulduzlar 10 trilyon il ərzində işıq saçaraq həyatın inkişafına öz tövhəsini verəcəklər. Nəticədə həyatın yaranması ehtimalı zamanla birlikdə artır. Əslində gələcəkdə həyatın yaranma şansı indikindən 1000 dəfə çoxdur. "Və siz ədalətli olaraq fikir verə bilərsiniz ki, biz əsla kiçik kütləli ulduzun ətrafında yaşamırıq. Ola bilsin biz vaxtsız yaranmışıq. Digər variant isə ondan ibarətdir ki, kiçik kütləli ulduzlar həyat üçün təhlükəlidir” – deyə Avi Loeb bildirib. Baxmayaraq ki, kiçik kütləli qırmızı cırtdan ulduzların həyat dövrü uzundur, onlar həmçinin böyük təhlükələr də yaradırlar. Cavan vaxtlarında onlar istənilən planetin atmosferini məhv edə biləcək ultrabənövşəyi şüalar əks etdirirlər. Hansı ehtimalın (bizim vaxtsız yaranmağımız və ya kiçik kütləli ulduzların təhlükəsi) həqiqətə daha yaxın olmasını öyrənmək üçün Loeb bizə yaxın qırmızı cırtdan ulduzları və onların ətrafında yerləşən planetləri müşahidə etməyi tövsiyyə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər