main-post-cover

    Hələ təqdim olunmamış iki Nokia flaqmanı haqqında məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məlumata əsasən "HMD Global” şirkəti iki yeni Nokia flaqmanı hazırlayır.

    Yayılmış məlumata əsasən təqdim olunacaq yeni modellər, bilinməyən şirkət tərəfindən hazırlanmış kameralar ilə təchiz olunacaqlar. Həmin kameraların hazırlanmasına "HMD Global” tərəfindən külli miqdarda pul xərcləndiyi qeyd olunur. "Nokia” təmsilçilərinin sözlərinə əsasən bu texnologiya, "Nokia PureView”ın Imaging Technology adlı texnologiyasından və Carl Zeiss brendindən heçdə geri qalmayacaq. Nokia brendinin "HMD Global” tərəfindən alınmasından sonra şirkət sözügedən texnologiyaları işlədə bilmir. Bunun üçün də o, yeni kamera texnologiyasının yaradılması üçün külli miqdarda vəsait xərcləyib. Yeni flaqman modellər metal korpusa, Snapdragon 835 prosessoruna və 4/6 GB RAM-a sahib olacaqlar. Birinci smartfon adi kameraya, ikinci smartfon isə 23 MP-lik ikili arxa kameraya sahib olacaq. Bir arxa kameraya sahib modelin İyun ayında çıxması gözlənilir. Onun təqribi qiyməti 580$ təşkil edəcək. İkili arxa kameraya sahib olan modelin isə bu ilin sonunda çıxacağı güman olunur. Onun qiymətinin 650$ olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər