Hackerlər, PS4-də pirat oyunları işə salmaq üsulunu tapıblar
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Adı bilinməyən hacker qruplaşması PlayStation 4 konsolunu hack edərək pirat oyunları oynamağın yolunu tapıb.
Məlumata əsasən pirat oyunlar konsolun yalnız 1.76 versiyalı
proqram təminatında çalışır. Hal-hazırki PS4-lər isə 4.07 versiyalı proqram təminatından
istifadə edirlər. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən sistem təminatını, köhnə versiyaya qaytarmaq qeyri-mümkündür.
Beləliklə pirat oyunları yalnız köhnə partiyadan olan konsolları almış
oyunçular oynaya bilərlər. 1.76 versiyalı sistem təminatına sahib PS4-lər,Destiny, Battlefield 4, FIFA 14, Knack, Watch Dogs, Call of Duty: Ghost, Assassin’s Creed IV: Black Flagoyunlarının yerləşdikləri xüsusi bundle-larda olurlar. Daha əvvəllər hackerlər, surətin
lisenziyası problemini həll edə bilmirdilər. OMSK adlı yeni tətbiq, oyunlar
üçün olan abunəlik faylını kopyalayır. Daha sonra konsolun qəliz olmayan hack
prosesindən sonra oyunu (.PKG genişləndirilmiş fayl) yükləyib OMSK tətbiqi
vasitəsilə işə salmaq lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək