main-post-cover

    Hackday nədir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bildiyimiz kimi 13-14 mart tarixləri arasında Barama Hackday 2016 yarışması baş tutacaq. Əgər bu yarışma haqqında artıq məlumatınız varsa və Hackday-in nə olduğunu bilirsinizə yarışma ilə bağlı ətraflı məlumat üçün bura klikləyə bilərsiniz. Biz isə bu yazıda Hackday-in nə olduğunu bilməyənlər üçün mövzunu bir qədər aydınlaşdıraq. 

    Hack day, Hackhaton və ya Hackfest proqramçıların müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz məharətlərini göstərdiyi yarışmalara deyilir. Hackhaton-lar mütəmadi dünyanın bir çox yerində, adətən Google, Netflix, Facebook, HP və Microsoft kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Belə yarışmalar adətən bir və ya yeddi gün müddətində başa çatır. Hackday-də iştirakçılar ya müəyyən olunmuş bir şablon üzərində çalışırlar ya da hər şeyə öz seçdikləri proqramlaşdırma dili ilə sıfırdan başlayırlar. Amma bəzi yarışmalarda iştirakçılar yalnızca müəyyən edilmiş proqramlaşdırma dillərindən istifadə edə bilirlər.
     
    Hackfest-lər də developerlər çox vaxt mobil tətbiqetmə, əməliyyat sistemi, web və ya oyun developmenti üzərində çalışırlar. Bəs Hackhaton-un məqsədi nədir? Hackhaton-lar iri developer qruplarını bir yerə yığaraq onların birlikdə qarşılıqlı fikir mübadiləsi apararaq daha yaxşı işlər ortaya çıxarmalarına kömək göstərir və əlbəttə belə yarışmalarda böyük şirkətlərə də xeyir dəyir. Məsələn Facebook-un məşhur LİKE düyməsi belə bir Hachaton zamanı yaranıb.
     
     
    ABŞ 2011 Hökuməti "hack edin" günü - Daha yaxşı bir ölkə proqramlaşdırın
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər