main-post-cover

    Hackathon nədir? Azərbaycanda Hackathon - "Techfall 2016" !

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Ölkəmizdə Hackathon müsabiqələrinin sayı yox sayılacaq qədər azdır. Hackathon müəyyən bir ortaq fikirə sahib insanların müəyyən bir müddət ərzində, komanda işi halında eyni mühitdə innovativ fikirlərini kodlaşdırdıqları müsabiqələrə verilən addır. Layihənin ilk sətir və son sətir koduda o mühitdə yazılmalıdır. Ən sadə dillə bu müsabiqə, bir fikrin beyin fırtınası ilə birləşib qısa müddət ərzində kodlaşdırılmasıdır da demək olar.

    "Hackhaton”lar mütəmadi olaraq dünyanın bir çox yerində, adətən "Google”, "Netflix”, "Facebook”, "HP” və "Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Bu müsabiqələr ən çox da belə brendlərin işinə yarayır. Məsələn, Facebook müəyyən aralıqlarla öz işçilərinin də qoşula bildiyi Hackathon-lar təşkil edir və hazırda da Facebookda istifadə etdiyiniz xüsusiyyətlərin bir çoxu hackathonlardan çıxan fikirlərdir. Və yeni Facebook işçilərinin çoxu da bu hackathonlarda bacarıqları ilə seçilən şəxslər olur.

    Bu dəfə sizə Azərbaycanda bu yaxınlarda baş tutacaq Hackathon haqqında məlumat vermək istəyirik. Sizdə özünüzü bu müsabiqədə sınayıb, özünüzə çoxlu dostlar, yeni kollektiv qazana bilərsiniz. Hackathonun da əsas məqsədi budur, insanları bir-birləri ilə əlaqələndirmək.
    Bu yaxınlarda "Azercell Telekom” MMC"PAŞA Bank”ın dəstəyi, "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və "WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "TechFall 2016 Hackathon” layihəsi baş tutacaq.
    "TechFall 2016 Hackathon” layihəsində də developerlər 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlayıb münsiflər heyətinə təqdim etməlidirlər. Bu layihədə yaşı 18-dən yuxarı 3 nəfərdən ibarət komanda şəkilində hər kəs iştirak edə bilər. Layihədə iştirak etmək istəyənlər 31 oktyabr tarixinə qədər QEYDİYYAT linkinə daxil olub qeydiyyatdan keçməlidilər. Seçimlərdən sonra 15 komanda layihədə öz işini davam etdirmək şansı qazanır.
    Layihədə iştirak edəcək 15 komanda 36 saat ərzində həm biliklərini təzələyəcək, həm çox yeni və çox təcrübəli dostlar qazanacaq, həm də ağır iş stressindən bir azca da olsa uzaqlaşaraq biliklərini əyləncəyə çevirə biləcəklər. Əlavə olaraq müsabiqənin qalibləri hədiyyəsiz də qalmayacaqlar. Hədiyyələr "Azercell" MMC, "PAŞA Bank" və "STEP IT Academy" tərəfindən təqdim ediləcəkdir. 
    5-6 noyabr tarixlərində keçiriləcək final mərhələsində isə komandalar püşkatma vasitəsilə mövzu seçib, həmin mövzu üzərində 36 saat ərzində tətbiq hazırlayacaqlar. Təqdim olunan tətbiq ilk öncə texniki münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 9 noyabr tarixində keçiriləcək təqdimat mərasimində isə komandalar öz tətbiqlərini peşəkar münsiflər qarşısında təqdim edəcəklər.
    Onu da bildirək ki, layihə çərçivəsində komandaların qida təlabatıÖzsüt restoranlar şəbəkəsi tərəfindən ödəniləcək. Tədbirin Media dəstəyi isə Technote.az tərəfindən təmin ediləcək.
    Qeyd edək ki, "TechFall 2016 Hackathon” layihəsinin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşıkeçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər