Görmə qabiliyyətini itirmiş oyunçu, Street Fighter V oyununda əsl master klass göstərdi (VİDEO)
Digər
07.05.2017
Farid Pardashunas
Bir çoxları düşünür ki, görmə qabiliyyətini itirdikdən sonra kompüter oyunlarından həzz almaq qeyri-mümkündür.
Belə ki, ekranda əks oluann oyun prosesini görmədən oyunu
idarə etmək ilk baxışdan mümkünsüzdür. Lakin bəzi oyunçular uzun müddət məşq edəndən
sonra elə nailiyyətlər əldə edirlər ki, həmin nailiyyətlər normal görmə
qabiliyyətinə sahib oyunçular üçün belə əlçatmaz olur. Bir neçə gün bundan öncə Sven ləqəbli hollandiyalı oyunçu öz bacarığını Street Fighter V oyunu üzrə
keçirilmiş yarışda sərgiləyib. Yalnız qulaqlıqlar vasitəsilə oyun mühitində
idarəetməni reallaşdıran hollandiyalı oyunçu, 3 döyüşdən ibarət yarışda qalib gəlib.
Özünə Ken adlı personajı seçmiş hollandiyalı oyunçu, Akuma personajını seçmiş görmə əngəli olmayan oyunçuya qalib gəlib. Sven öz rəqibinə daha yaxın məsafədə
olmağa çalışıb. Belə hallarda zərbə endirmək daha çox düzgün anların hesabına
mümkün olur və bu zaman ekrana baxmaq belə lazım gəlmir. "Street Fighter V çox
yaxşı səs keyfiyyətinə sahibdir. Qulaqlıqlar vasitəsilə oynayanda mən rəqibin
hansı tərəfdə olduğunu rahat şəkildə müəyyən edə bilirəm. Personajlar öz zərbələrini
yerinə yetirdikdə həmin zərbələrin səsləri müxtəlif olur. Çoxlu məşqlərdən
sonra sizlər bu səsləri yadınızda saxlaya bilərsiniz” – deyə Sven bildirib.
Sven-in verdiyi məlumata əsasən o, 5 yaşında olan zaman görmə qabiliyyətini
taamilə itirib. Lakin Street Fighter 2 oyunu satışa çıxandan sonra o kəşf edib
ki, təkcə səslərə əsasən oyun mühitində hərəkət edən zaman oyunu rahatlıqla
oynamaq olar.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!