main-post-cover

    Google, mobil və kompüterlərdə fərqli axtarış həyata keçirəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Google" şirkəti tezliklə axtarış sistemində köklü dəyişikliklər etmək niyyətini açıqlayıb. Search Engine Land saytının məlumatına görə, dünyanın ən böyük axtarış platforması Google, mobil və kompüterlər üçün axtarış rejimini dəyişmək niyyətindədir. Bunu etməklə smartfon planşetlər üçün rahatlığı təmin etmiş olacaqlar.
    Bu yenilik haqda şirkətin əməkdaşlarından olan Qeri İlles danışıb. Təfərrüatlar haqda məlumat verilməsə də bir neçə ay içində bu yeniliklə tanış olacağımız ehtimal olunur. Təəssüf ki, istifadəyə verilmə tarixi hələki, tam açıqlanmayıb. Search Engine Land-ın məlumatına görə prioritet olaraq mobil cihazların üstünlük daşıması gözlənilir.

    Bu yeniliyin əsas səbəbi isə mobil vasitələrdən istifadə edənlərin çoxluq təşkil etməsidir. Bundan əlavə bu yeniliklə gələcəkdə veb-saytların daha da irəli səviyyədə təşkilinə nail olmaq mümkün olacaq. Dəyişikliyin tam olaraq nəyi əhatə etdiyini bilməsək də ümid edirik ki, axtarış sistemi üçün müsbət sayılacaq addım olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər