Google Chrome brauzeri Windows və OS X sistemlərinin köhnə versiyalarını artıq dəstəkləməyəcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Google rəsmi şəkildə bildirdi ki, Chrome brauzeri Windows və OS X sistemlərinin köhnə versiyaları üçün dəstəklənməyəcək. Gələn ilin aprel ayından başlayaraq Windows XP, Windows Vista, OS X 10.6, OS X 10.7 və OS X 10.8 sistemlərinin istifadəçiləri Chrome brauzerini yeniləyə bilməyəcəklər. Google bildirib ki, sözügedən sistemlər Microsoft və Apple-dan dəstəklənmədiyi üçün istifadəçilər də artıq yeni sistemə keçid etməlidirlər. Başqa sözlə bu sistemlərin istifadəçiləri Chrome-dan əvvəlki kimi istifadə edə biləcəklər. Lakin onu yeniləyə bilməyəcəklər.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!