main-post-cover

    Google Allo, Whatsapp-ı keçə biləcək?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google"ın Allo adlı mesajlaşma tətbiqi indidən əldə etdiyi uğurla digərlərindən seçilməyi bacarıb. Hər kəsi maraqlandıran məqam isə bu tətbiqin WhatsApp-ı keçib keçməyəcəyidir

    Phone Arenanın verdiyi məlumata görə Google Allo qısa zamanda yüksək endirmə sayı ilə önə keçməyi bacarıb.
    Google Allo nə qədər endirildi?
    Google-un yeni tətbiqinin Google Play Store-dan 1 milyondan çox endirildiyi bildirilsə də Apple Store-dakı vəziyyətlə əlaqəli hələ ki, tam məlumat mövcud deyil. Digər tərəfdən Play Store-dan yüklənmə sayısının 1-5 milyon aralığında dəyişdiyi güman olunur. Təbii ki, bu rəqəm təxmini xarakter daşıyır, yəni bundan çox olma ehtimalı da mövcuddur. Google Allo-nun belə sürətli başlanğıc etməsi rəqibləri olan Facebook Messenger, WhatsApp, Telegram Messenger iMessage-i narahat etməyə başlayıb.

    Google Allo-nun xüsusiyyətləri və gizlilik mübahisələri

    Qrup meajlaşma, üzərində dəyişiklik edərək foto göndərmə kimi digər mesajlaşma tətbiqləri ilə ortaq xüsusiyyətlər daşıyan Allo-nu fərqli edən digər tərəf isə süni zəka dəstəkli Google Asistan inteqrasiyasının olmasıdır. Bu inteqrasiyaya görə tətbiq Google serverlərinə söhbət qeydləri kimi müxtəlif məlumatları anonim göndərir. Şirkət, bu məlumatların serverlərində daimi tutulmadığını da vurğulayır. Digər tərəfdən "Google"un bu açıqlaması gizlilik şərtlərini də bərabərində gətirir. Edvard Snouden bir müddət əvvəl "Google"un bu yeniliyini izlənmə baxımından təhlükəsiz hesab etmədiyini bildirsə də, bu vəziyyət bir çoxlarını narahat etmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər