main-post-cover

    Günş sisteminin ən uzaqda yerləşən planeti aşkar edilib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Neptun-un orbitindən kənarda Günəş sisteminin ən uzaqda yerləşən cırtdan planeti aşkar edilib. Onun Günəş-dən maksimal uzaqlığı 120 au (astronomiyada uzunluq ölçüsü vahididir və Yer ilə Günəş arasındakı məsafəyə bərabərdir) təşkil edir. Sözügedən kəşfi Outer Solar Systems Origins Survey (OSSOS) layihəsi çərçivəsində çalışan alimlər ediblər. 2015-ci ildə mütəxəssislərdən biri "Kanada-Fransa-Havay” teleskopu vasitəsilə kiçik olmayan və ləng hərəhəkət edən nöqtəyə fikir vermişdi. Bu ilin fevral ayında isə kosmik obyektin ilk müşahidələri sona çatmışdı. Astrofiziklər onun haqqındakı məlumatları təqdim ediblər. 2015 RR245 adlandırılmış cırtdan planet çox uzadılmış orbit üzrə hərəkət edərək Günəş ətrafında tam dövretməni 700 ilə başa vurur. Orta səviyyədə göstəriciyə əsasən o Günəş-dən 80 au (12 milyard km) məsafə uzaqlığıdan yerləşir. Maksimal göstərici isə 120 au-dur. 2015 RR245 Günəş-ə ən yaxın məsafədə (34 au – 5 milyard km) 2096-cı ildə olacaq. İlkin ehtimallara əsasən planetin diametri 700 km təşkil edir. Müqayisə üçün Pluton-un diametri 2371 km-dir. Lakin bu nəticələri dəqiqləşdirmək lazımdır. Günəş sisteminin inkişafı çərçivəsində bir çox cırtdan planetlər ya böyük kosmik obyektlər ilə toqquşmalar nəticəsində məhv olmuşlar yada ki, nəhəng qaz planetlərinin qravitasiya sahələrinin sayəsində kosmosun dərinliklərinə gödərilmişlər. 2015 RR245 bu cür obyektlərdən salamat qalanlar siyahısındadır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər