Günəş enerjisi ilə işləyən təyyarə rekord uçuşunu tamamladı [video]

Günəş enerjisi ilə işləyən təyyarə rekord uçuşunu tamamladı [video]

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Üzərindəki günəş enerjisi panelləri vasitəsilə uçan və bu ilin Mart ayında Abu Dabi-dən başladığı uçuşuna davam edən Solar İmpulse təyyarəsi böyük bir çətinliklə üz-üzə gələrək Sakit okeanı keçməyi bacarıb. Bu tək nəfərlik təyyarənin pilotu və həmçinin bu proyektin yaradıcılarından olan André Borschberg bu uçuş ilə bərabər dünyanın ən uzun uçuş rekordunu qırmış oldu. Qeyd edək ki, təyyarənin havalandığı Yaponyadakı aeroport ilə aşağı düşdüyü Hawai adalarındakı meydan arasında 7 min kilometrdən çox məsafə var. Təyyarə bu uçuşu 118 saata tamamlayıb. Beləcə cəmi 5 gün havada qalan təyyarə, ondan əvvəlki 72 saat havada qalma rekordunu da qırmağı bacarıb.


Solar İmpulse 2 adlanan təyyarənin qanadının eni 72 metrdir. Bu qanadlar dünyada ən nəhəng təyyarələrdən sayılan Boeing 747’nin qanad enindən daha genişdir. Bunun səbəbi isə, o qanadların üstündə təyyarənin enerji yığmasına səbəb olan 17 min ədəd günəş enerji lövhələri olmasıdır. Təyyarə səhər saatlarında günəş enerjisini öz xüsusi batareyalarına yığır, axşam satlarında isə hərəkət etmək üçün həmin batareyalardan istifadə edir. Beləcə təbiətə sıfır ziyan vuran təyyarə, gələcəkdəki sərnişin təyyarələrində də bu texnologiyanın istifadəsi üçün ilham mənbəyi olmaq istəyir.



Solar İmpulse 2, bundan sonrakı imtahanlarında şərqdən qərbə Amerikanı, sonra isə Atlantik okeanını və Avropa qitəsini keçməyə cəhd edəcək.

 
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qarşılayın! Microsoft Surface Pro 4!

Dolu dolu keçən Windows 10 tədbirinin bir digər qonağı da Surface Pro 4 oldu. Microsoft’un Window..


Android 6.0 Marshmallow çıxdı!

Google\'un ötən həftə etdiyi açıqlamada bu həftə gələcəyini açıqladığı Android 6.0 Marshmal..


Nexus həvəskarları! Qarşılayın! Yeni Huawei Nexus 6P!

Google bugün verdiyi açıqlama ilə Nexus LG və Huawei ilə ortaq çalışma nəticəsində ortaya..


Vertu-dan 10.000 dollar dəyərində ağıllı telefon!

Smartfon bazarına nəzər saldıqda bir çox iri firmaların rəqabət apardığını görə bilərik. Bu fir..


Bionik beyin nədir? niyə ehtiyacımız var?

  Bionik beyin üzərində son illərdə bildiyimiz kimi bir sıra uğurlar əldə olunub. Bu uğu..


Gliese 438b planetinin xüsusiyyətləri.

Gliese 438b - planet öz qəribə xüsusiyyəti ilə seçilir. Gliese 438b Yer kürəsindən 22 dəfə ağı..

×