main-post-cover

    Gənc YouTuber təhlükədədirmi? Videolardan göndərilən gizli mesajlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Marina Joyce.. İngiltərədə yaşayan, davamlı olaraq make up videoları çəkən gənc YouTuber idi. Bir neçə gün əvvələ qədər sadəcə 600000-ə yaxın abunəsi vardı. Ancaq son 3-4 gün ərzində kanalında inanılmaz artım baş verib. O artıq bir internet fenomenidir. Amma bu artımın səbəbi isə çox başqadır…
                           

    Marina Joyce davamlı olaraq video çəkən, şən xarakteri ilə seçilən biri idi. İzləyiciləri onun daim gülərüzlü olduğunu deyirdilər. Lakin son videolarında Marina Joyce çox qəribə davranmağa başlayır. Artıq əvvəli kimi videolar çəkmir və videolarda üzündə bir qorxu hiss edilir. Hətta əvvəlki videolarında səlis danışan qız, artıq sözləri deməkdə çətinlik çəkir və səhvlərə yol verir.
     
    İlk zamanlarda izləyiciləri qızın dəyişdiyini və əvvəlki həyat sevgisinin qalmadığını fikirləşirdilər. Buna səbəb kimi isə onu artıq narkotik maddələrdən istifadə etdiyini fikirləşirdilər. Artıq izləyiciləri buna görə kanaldan abunəlikdən belə çıxırdı.
     
    Amma vəziyyət bununla qalmadı. Artıq belə videoların sayı artırdı. Qız istəmsizcə danışır, kəkələyir və saxta gülüşlər sərgiləyirdi. Amma son günlərdə qızın sosial hesabında inanılmaz artım baş verdi. İki gün ərzində 1 milyondan çox abunəyə sahib oldu...
     
    Əvvəllər kameranın lensinə baxan qız, artıq başqa nöqtələrə baxmağa başlamışdı. Bu hərəkətləri əvvəl narkotik maddələrlə əlaqələndirən izləyicilər, daha sonra bir videodan şoka düşdülər. Qızın qollarının arxası göyərmişdi..
     
    Artıq bu videodan sonra izləyiciləri şübhələnməyə başladı. Videolar vasitəsilə qızdan vəziyyət barədə soruşmağa başladılar. Onlar qıza "Əgər basin dərddədirsə, bir fotona ürək şəkli qoy” deyə ismarıc yazdılar. Marina bu mesaja cavab vermədi. Amma səhəri gün burnuna ürək çəkilmiş bir fotosunu paylaşdı.
     
    Daha sonra izləyicilər "Əgər təhlükədəsənsə, İnstagram profilinə pişik emojisi qoy” dedilər. Bir neçə gün sonra qız profilinə pişik emojisi qoydu.
                                          
    Gənc YouTuber təhlükədədirmi? Videolardan göndərilən gizli mesajlar
     
    Amma hər şey bununla bitmir. Bir videosunda izləyicilər sol tərəfdə, kiçik şkaf üstündə dərmanlar, sağ tərəfdə isə qapıya söykənmiş bir silah gördülər. Videolar əsrarəngiz olmasa, bu əşyaların olmasında bir problem yox idi. Amma bu videolardan sonra izləyicilər daha da təlaşlanmağa başladılar.

    Son videolarının birində bir firmanı reklam edirdi. Videonun əvvəlində isə dönən zaman fısıldayaraq "Help me” deyir. Bu videolardan sonra onu tanıyan dostları adresinə polis göndərdilər. Amma nəticə yenə qaranlıq idi. Məlum oldu ki, Marina Joyce artıq 3 aydır ki, orada yaşamır. Bu video digərlərinə görə daha çox danışıldı. Çünki izləyicilər üçün bir çox şey qaranlıq qalırdı. Videoda bir əl görünür və qıza duracağı yeri göstərirdi. Ən maraqlısı isə videonun sonunda evin ikinci mərtəbəsində sağ tərəfdə dəmir barmaqlıqlar olması idi. İzləyiciləri onun qaçırıldığını və əsir tutulduğunu düşündürdü.
     
    Marina Joyce heç bir mesaja cavab vemir, tvitlər paylaşırdı. Onun paylaşdığı tvitlərdən biri isə çox diqqət çəkdi. Yazdığı cümlənin baş hərfləri "HELP” sözünü əmələ gətirirdi. Daha sonra insanları səhər saat 6da bir partiyə dəvət etdi. İnsanlar artıq həqiqətən nələrinsə baş verdiyinə inanırdılar. Daha sonra baş hərlərindən "HELP” sözü əmələ gələn tvit silindi və partinin vaxtı dəyişdirildi.
     
    Bundan sonra bir daha polisə xəbər verildi. Polislər Marinanı tapdı. Marina heç bir şeyin baş vermədiyini, narahatçılığa əsas olmadığını bildirdi. Marina daha sonra bir tvit daha ataraq hər şeyin yaxşı olduğunu bildirdi və canlı yayımda bunu göstərəcəyini açıqladı. Amma canlı yayımda da qız çox qəribə davranır, kəkələməyə davam edir, hətta bəzən sözləri deyə bilmirdi. İzləyiciləri "Əgər təhlükədəsənsə, əl çırp, ürək işarəsi tut” deyə mesajlar atırdı. Marina bu mesajlara həmin an reaksiya vermədi, amma bir müddət sonra onların dediklərini etməyə başladı. Hətta videonun bir hissəsində öskürərkən "Help” deyə bir daha səsləndi. İzləyiciləri dəli edən an isə yayımın sonu oldu. Qız bir şey demək istədiyi an yayım kəsildi. Bundan sonra sosial media şəbəkələrində, bir çox xəbər saytlarında Marinaya nə olduğu, bunu kimin etdiyi barədə yazılar yazılmağa başlandı. Kimiləri onu sevgilisinin qaçırdığını iddia edirdi. Bir videosunu o məhz sevdiyi şəxsə həsr edərək, "Dear Future Me” adlandırmış və videonu "Mr. I love you” üçün çəkildiyini qeyd etmişdi. "Mr. I love you” isə sevgililərini öldürən bir obrazın olduğu serialdan idi. Başqa bir videosunda isə 50-ci saniyədə nəyinsə onu qorxutduğu açıq aydın görünür.
     
    Bu məsələ ilə bağlı bir neçə versiya var. Bəzi insanlar həqiqətən Marinanın təhlükədə olduğunu, bəzi insanlar bunun abunə sayını artırmaq üçün qurma olduğunu, bəzi insanlar isə qızın şizofren olduğunu, paranormal hadisələr gördüyünü qeyd edir. Amma hələ də işin üstü açılmır və sirr olaraq qalır.
    Bəs sizcə, Marina həqiqətən təhlükədədirmi?
    Linki kopyala