main-post-cover

    Gələcəyi insanlara yaxınlaşdıran 7 şəxs

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çətinki kimsə düşünür ki, dünya öz-özünə dəyişir. Lakin bir çoxları düşünür ki, dünyanın dəyişməsinin arxasında böyük şirkətlər və hökümətlər dayanır. Öz imkanları və bacarıqları sayəsində insanlığı o arzu olunan gələcəyə doğru aparan ayrı-ayrı şəxslərin rolu isə çox zaman inkar edilir. O şəxslər hansılar ki, uğursuzluğa düçar olmuş və reallaşdırılması qeyri-mümkün görünən ideyaların üzərində işləyirlər. Yaxud o şəxslər ki, yeni bir şeylər kəşf edirlər. Soruşmayın ki, dünya hansı istiqamətdə gedir. Dünya məhz həmin insanların yekun istiqamət kimi gördükləri yerə gedir. Bu yazıda belə şəxslər və onların layihələri haqqında danışacağıq.
    Elon Musk. Marsa səyahət və elektrikli avtomobillər
    Kimin-kimin lakin Elon Musk-ın təqdimata ehtiyacı yoxdur. Onun gördüyüi işlər göz qabağındadır. Həmdə onun özü piar olunmağa qarşı deyil. Musk gələcək ilə bağlı demək olar ki, bütün innovativ ideya xəbərlərinin qəhrəmanıdır. Onun haqqında danışılmış hər şeyə nəsə əlavə etmək çətindir. Lakin biz yenədə bu işi görməyə çalışacağıq. Deməli Elon Musk elektrikli avtomobillər istehsal edən Tesla Motors şirkətinin direktorudur. Lakin Tesla təkcə elektrikli avtomobillər deyil həmdə bütün dünya üzrə (Şimali Amerika, Avropa, Rusiya, Çin, Yaponiya, Avstraliya) enerji yığma stansiyalarının yaradılması ilə məşquldur. Bundan əlavə olaraq Musk günəş enerjisi ilə əlaqəli ideyalar ilə də məşquldur. Bu ay məlum oldu ki, Tesla Motors idarə heyətində Musk-ın olduğu SolarCity (günəş enerjisi sistemlərinin istehsalı ilə məşqul olan şirkət) şirkətini alır. Beləliklə elektrik avtomobillər, onlar üçün nəzərdə tutulmuş enerji batareyaları, günəş enerjisi batareyaları bir şirkət çərçivəsində istehsal ediləcək. Əgər Musk-ın ideyaları reallaşsa onda gələcəkdə nəqliyyat vasitələrinin bir çox hissəsi günəş enerjisi hesabına çalışacaq. Əgər Musk öz pulsuz Supercharger adlı enerji doldurma stansiyaları ideyasından vaz keçməsə onda bir çox digər elektromobil istehsalçıları bu istiqamətdə gedəcəklər. Mars-a gəldikdə isə planet Musk üçün yalnız onun səthinə bayraq sancmaq üçün lazım deyil. Onun məqsədi insanlığın şaxələnməsidir. Marsın kolonizasiyası insanlığı qorumağın yaxşı yoludur. Musk-ın fikrincə nə vaxtsa Yer kürəsində qlobal fəlakət baş versə Mars-dakı koloniya insanlğın sağ qalmasına yardımçı olacaq. Ən pis halda Yer kürəsində insanlıq məhv olsa belə onun Mars-dakı nümayəndələri sağ qalacaqlar. Bu halda öz Falcon raketləri, Dragon kosmik gəmisinə sahib və SpaceX kimi tanınan Space Exploration Technologies Corporation şirkəti  sözügedən ideyaların reallaşması üçün nəzərdə tutulmuş bir vasitədir.
    Brogan Bambrogan və Shervin Pishevar. Varolma sürəti və gələcəyin İpək yolu
    SpaceX-in keçmiş mühəndisi və İran əsilli investor zaman və yolu qısaltmaq üçün bir araya gəlliblər. Onlar tərəfindən yaradılmış Hyperloop One (keçmiş adı Hyperloop Technologies) şirkəti Elon Musk tərəfindən təklif olunmuş vakuum qatar layihəsi üzərində çalışır. Sözügedən texnologiyanın məğzi ilk görüşdən çox sadədir. Sərnişinlər və ya yüklə dolu kapsulalar aşağı təzyiqli şəraitdə boruşəkilli yer ilə hərəkət edirlər. Hava müqavimətinin olmaması onlara saatda 480 -1220 km sürət yığmağa köməklik edəcək. Əgər bu ideya reallaşsa (reallaşmasına şüphə yoxdur) onda Yer kürəsində yeni növ kütləvi nəqliyyat vasitəsi yaranacaq. Lakin düşünmək lazım deyil ki, Hyperloop sadə qatarları əvəz edəcək. Daha əvvəl Hyperloop layihəsi Kaliforniya ştatının iki böyük şəhərini birləşdirəcək yüksək sürətli qatar xəttinə rəqib olacaqdı. Həmin sərnişin qatarları isə saatda 322 km sürətlə hərəkət etməli idilər. Hal-hazırda Hyperloop layihəsi hazırlanma və test edilmə mərhələsindədir. Bu ilin may ayında keçirilmiş ilk testlərdən sonra SpaceX üçün Falcon 1 raketinin ikinci səviyyəsinin mühərriki və Dragon kosmik gəmisinin istidən qorunma ekranı üzərində çalışmış Brogan Bambrogan bildirib ki, bu ilin sonuna kimi qapalı şəraitli test yolu inşa ediləcək. Bu ilin iyun ayında Uber-ə külli miqdarda investisiya yatırmış Shervin Pishevar qeyd edib ki, o Hyperloop layihəsinin köməyi ilə yeni nəsil İpək yolunu inşa etmək istəyir. Bu cür ideya reallaşarsa Çindən Avropaya yüklərin daşınması cəmi 1 gün çəkəcək.
    Jeff Bezos. Göy üzündən alış-veriş və kosmos üçün raketlər
    1999-cu ildə Time jurnalına görə "Ilin adamı”, Forbes jurnalına əsasən isə bu ilin ən uğurlu adamı Jeff Bezos. Ən məşhur online mağaza olan Amazon.com-un yaradıcısı. Forbes-un siyahısına əsasən Bezos bu ilki milyarderlərin siyahısında 5-ci yeri tutub. Lakin özün üçün pul qazanmaq ayrı, planetimizi dəyişmək isə tamam ayrı bir şeydir. Jeff Bezos-u milyarder edən 1994-cü ildə onun Amazon.com saytını yaratmaq oldu. Yarandığı gündə saytda yalnız kitablar satılırdı. Lakin indi Amazon-da hər bir şey almaq mümkündür. İndi Amazon ABŞ-ın ən böyük online mağazası olmaqla yanaşı internetdə alış-veriş xidmətini təqdim edən dünyanın ən böyük şirkətlərindən biridir. Bezos-un ideyası uğurlu oldu və o öz inkişafını davam etdirir. Eyni zamanda online ticarətin sayı da artır. Online mağazalar artıq ABŞ-ın bir çox şəhərlərinin görüntüsünü dəyişir. Belə ki, ABŞ-da demək olar ki, ticarət mərkəzlərinin yaradılması əvvəlki kimi aktiv şəkildə deyil. İnsanlar alış-verişi internet üzərindən etməyə üstünlük verirlər. Adi mağazalara və ticarət mərkəzlərinə gedənlərin sayı kəskin şəkildə azalır. Onlardan bəziləri isə hətda bağlanır. Lakin əgər amerikalılar üçün Amazon ilk öncə böyük online mağazadırsa biz şirkət haqqında daha çox məlumatı xəbər lentlərindən və ən əsası Amazon Prime Air layihəsi sayəsində eşidirik. Qeyd edək ki, Amazon Prime Air alıcılara məhsulun uçan dronlar sayəsində çatdırılması üzərində qurulmuş bir layihədir. Bununla belə məhsul siz harda olursanız olun dron tərəfindən sizə çatdırılma imkanını yaradacaq. Məsələn siz təbiət qoynunda dincəlirsiniz. Birdən sizin musiqi dinləmək üçün cihazınızın batareya enerjisi bitir. Onda siz online mağazadan onları sifariş edə bilərsiniz. Dron isə sifarişinizi tez bir zamanda sizə çatdıracaq. Lakin bu cür ideyanın reallaşması üçün texniki inkişafın və pilotsuz uçan cihazların texnoloji funksiyalarının yenilənməsi kifayət etmir. İlk öncə yaşayış ərazilərinin hava məkanlarının yeni inkişaf konsepsiyası lazımdır. Amazon bu işdədə ilk addımlarını atır. Şirkətin təklifinə əsasən həmin yaşayış ərazilərinin hava məkanları bölgələrə ayrılmalıdır. Bölgələrin bir hissəsi sürətli tranzit uçuşları üçün, digərləri isə aşağı yüksəklikdə uçuşlar üçün nəzərdə tutulacaq. Bezos-un digər maraq göstərdiyi sahə kosmosdur. Onun Blue Origin adlı aerokosmik şirkəti var. Elon Musk-ın SpaceX şirkəti kimi Blue Origin də çoxistifadəli raketlərin istehsalı ilə məşquldur. Bu ilin aprel ayında şirkət artıq kosmosda iki dəfə olmuş raketi 3-cü dəfə kosmosa göndərmişdir. SpaceX isə bunu etməyi hələ bacarmayıb. Lakin SpaceX-dən fərqli olaraq Bezos-un New Shepard adlı raketi suborbital uçuşlar üçün nəzərdə tutulub. Raket dəniz səviyyəsindən 100 km hündürlüyə uçandan sonra geri qayıdaraq eniş edir. Hansısa peyki sözügedən raket ilə orbitə yollamaq mümkün olmasa da kosmik turizm üçün əlaverişli ola bilər.
    Robert Bigelow. Kosmosda mehmanxana şəbəkəsi
    Bu günki gündə kosmik turizm sadəcə bir arzu kimi görünsə də gec-tez 15 dəqiqəlik səyahət kosmik turistlərə yetməyəcək. Kosmik mühitin bütün böyüklüyünü hiss etmək və planeti qıraqdan doyunca seyr etmək üçün ən azı bir neçə sutka orbitdə qalmaq lazımdır. Robert Bigelow bütün dünyada olan Budget Suites of America otellər şəbəkəsinə və kosmosda şəxsi orbital mülkə sahibdir. Bigelow Aerospace şirkətinə məxsus şişirdilmiş yaşayış modulu BKS-ə (Beynəlxalq Kosmik Stansiyası) birləşməmişdən qabaq onun adı o qədər də məşhur deyildi. BEAM (Bigelow Expandable Activity Module) bu ilin aprel ayında BKS-ə SpaceX Dragon kosmik gəmisi vasitəsilə çatdırılmışdır. 29 May 2016-cı il tarixində isə modulun daxili tamamilə hava ilə doldurulmuşdur. Növbəti iki il ərzində isə o kosmik qalıqlardan, günəş radiasiyasından və ekstremal kosmik temperatur faktorları üzrə testdən keçməlidir. Bu BKS-ə qoşulan ilk özəl və şişirdilmiş yaşayış moduludur. Lakin bu hal-hazırda reallaşan layihələrdir. 1999-cu ildə təsis edilmiş şirkətin gələcək üçün böyük planları var. BEAM-dən əlavə olaraq Bigelow Aerospace şirkəti orbitə iki (Genesis I, Genesis II) kommersiya məqsədli şişirdilmiş modul göndərmişdir. Gələcəkdə şirkət özünün kommersiya məqsədli kosmik stansiyasını yaratmağı planlaşdırır. Stansiyanın modullarını kosmosa göndərmək üçün 7 raket lazım olacaq. Bu baxımdan Bigelow Aerospace SpaceX-in Dragon kosmik gəmisinə və hal-hazırda hazırlanma mərhələsində olan Falcon Heavy raketlərinə güvənir. Lakin Robert Bigelow-un yekun istiqaməti kosmosda mehmanxana şəbəkəsi yaratmaqdır. Qeyd edək ki, BEAM NASA tərəfindən 2000-ci ildə bağlanmış TransHab layihəsinin davamıdır. Bigelow Aerospace NASA-dan patentləri alaraq həmin işi davam etdirmişdir.
    Dean Kamen və Shane Chen. Təkərin yeni kəşfi
    Xeyr bu iki insan bir yerdə işləmir. Lakin onlardan hər birinin gördüyü işlər gələcəyin özəl nəqliyyat vasitəsini insanlara yaxınlaşdırır. Onlar uçan avtomobillər, sürətli qatarlar və yaxud teleportasiya üsulları üzərində çalışmırlar. Onların nəqliyyat vasitəsi daha bir bayağıdır. Kamen öz icadını başmaq ilə velosiped arasındakı səviyyəyə daxil edir. Yəni başmaq kimi rahat velosiped kimi kompakt. Söhbət özəl elektrikli nəqliyyat vasitəsindən gedir. İstifadəsi sadə, qiyməti ucuz və ən əsası gələcəyi ağıllı şəkildə yaxınlaşdıran bir nəqliyyat növü. Baxmayaraq ki, Shane Chen-in icadları çox yayılıb Dean Kamen ictimaiyyət arasında daha məşhurdur. Belə ki, o Segway-i icad etmiş insandır. Kim bilmirsə qeyd edək ki, Segway tək insan üçün nəzərdə tutulmuş iki təkərli platformadır hansında ki, dönüşləri idarə etmək üçün sükan sütunları var. Buna bənzər digər icad edilmiş cihazlardan fərqli olaraq Segway özünü balanslaşdırmağı bacaran nəqliyyat növüdür. Xüsusi prosessorlar balansı saxlayaraq cihaza tərsinə çevrilməyə imkan vermir. Təbii ki, Segway enerji batareyası ilə çalışır. Onun yaradılması üçün Kamen 10 ilini sərf edib.
    Lakin buna baxmayaraq Kamen Çin-dən olan rəqibləri ilə mübarizə apara bilmədi. Uğursuz patent mübahisələrindən sonra ona məxsus Segway Inc. şirkəti rəqiblərdən biri olan Ninebot Inc. şirkətinə satıldı. Ninebot Inc. şirkəti isə öz növbəsində Xiaomi-ə məxsusdur. Bu cür birləşmə şirkətin əksinə xeyrinə oldu. Bir neçə vaxt bundan öncə şirkət öz birinci robotunu təqdim etdi hansı ki, ətraf mühitdə Segway cihazında realizə olunmuş texnologiyalar sayəsində hərəkət edir. Segway-ə küçələrdə hoverboardlara nisbətən daha az rast gəlmək olar. Bu cür cihazlar minlərlər tirajlarla istehsal olunub. Həmin cihazları icad edən Çin əsilli və Inventist şirkətinin sahibi Shane Chen-dir. Onun sözlərinə əsasən milyarddan çox bu cür cihaz istehsal olunub. Düzü o bundan heçnə əldə etmir. Patent məsələsi ona hoverboardları qeyri-leqal istehsal edən digər Çin şirkətləri ilə mübarizə aparmaqda köməklik etmir. Öz hoverboardunu Chen 2012-ci ildə patentləşdirmişdi.Bu müddət ərzibndə onların məşhurluğu artmışdır. Uzaq olmayan gələcəkdə onlar velosipedlər və müəyyən səviyyədə avtomobillər ilə rəqabətdə olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər