main-post-cover

    Gələcəkdə CEO olacağınızı göstərən 5 xüsusiyyət!

    Digər
    07.05.2017
    Farid Pardashunas
    CEO'lar zamanla, təcrübəilə və uzun müddətli inkişaf nəticəsində öz mövqelərinə çatırlar. Bəs sizdə bu nəhəng bazarda gələcək CEO'lardan biri ola biləcəksinizmi? Bu sualın cavabını tapmaq üçün aşağıdaki 5 xüsusiyyətin sizdə olub olmadığını bilmək kifayətdir.
     
    Gələcəkdə CEO olacağınızı göstərən 5 xüsusiyyət!
     
    1. Dəyişən mühitə uyğunlaşmağı bacarırsınız.
     
    Hərdən iş elə gətirir ki, vəziyyət dəyişir və sizin buna qarşı edə biləcəyiniz heçnə olmur. Əgər belə bir vəziyyətdə hər şeyi dəyişməyə çalışan, heç-cür vəziyyətlə barışmayan və sərt addımlar atan tərəfsinizsə o zaman uğura gedən yol sizdən yan keçəcək. Əsl CEO'lar dəyişən mühitə uyğunlaşan, hər mühitdə özünə lazım olan parçaları biryerə yığmağı bacaranlardır.
     
     
    2. Siz heç vaxt şikayətlənmirsiniz.
     
    Əgər şikayətlənməyin lazımsız yerə enerji sərf edən və heç bir halda probleminizə həll yolu tapmayacağını dərk edirsinizsə CEO olmağa bir addım daha yaxınsınız. Siz problemin gətirdiyi çətin vəziyyətə diqqət etmir və onun yaratdığı fəsadları aradan qaldırmaq üçün çalışırsınız.
     
    3. Vaxtınızdan səmərəli istifadə edirsiniz.
     
    Öz vaxtınızı daim doğru nizamlayır və hər bir görüşə vaxtında çatırsınız. Vaxtınızdan səmərəli istfadə edirsiniz, çünki məqsədinizə çatmaq üçün ən əsas prinsiplərinizdən birinin bu olduğunu anlayırsınız.
     
    4. Özünüzü motivasiya etməyi bacarırsınız.
     
    Başqalarının sizi ruhlandırmasına ehtiyyac duymadan daim yeni işlər görür, fərqli şeylərdən qorxmur və özünüzə inanırsınız.
     
    5. Həmişə daha artığını etməyə çalışırsınız.
     
    Əksər hallarda bitirdiyiniz iş sizi qane etmir və daim daha yaxşısını etməyə çalışırsınız. Daha çoxunu istəyirsiniz və daim işinizi inkişaf etdirmək üçün çalışırsınız. 
     

     
    BONUS! Səhvlərinizə görə başqalarını günahlandırmırsınız.
     
    Atdığınız hər addımın məsuliyyətini özünüzün daşıdığını dərk edirsiniz və arzuolunmaz situasiyalarda başqalarını günahlandırmırsınız. Bunun əvəzinə 2.'də yazdığımız kimi şikayətlənmək əvəzinə problemlərin həll yolunu axtarırsınız.

    Linki kopyala