main-post-cover

    Fixstars 13 TB həcmində SSD istehsal edib!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    SSD’lərin yaddaş həcmləri hər keçən gün artmağa davam edir. Digər tərəfdən GB/TL olaraq böyük həcmli SSD’lər hələ də çox baha qiymətə satılır. Yapon firma olan Fixstar isə 13 TB yaddaş həcmli 2.5 inçlik SSD-13000M adlı modelini elan edib. Beləcə "Dünyanın ən böyük SSD’si” adını qazanan məhsulun qiyməti barədə heç bir məlumat yoxdurŞ amma fevral ayından etibarən ABŞ’da satışa çıxarılacaq. Toshiba 15nm MLC flaş və SATA 6Gbps interfeysinə sahib olan məhsulun bu həcmə necə çatdırıldığı barədə məlumatlar verilməsə də, diskin 15 mm qalınlıqda və 160 qram ağırlıqda olduğu vurğulanır. 540 MB/s oxuma və 520 MB/s yazma dəyərinə sahib olan SSD 3 il qarantiya ilə satılacaq.


    Linki kopyala