main-post-cover

    FBI niyə 2 həftə uşaq pornoqrafiyası saytını dəstəklədi? (Deep Web)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    2015-ci ilin Fevral ayında FTB (Federal Təhqiqatlar Bürosu) DeepWeb-də uşaq ponoqrafiyası ilə məşqul olan ən böyük sayt olmuş Playpen-i nəzarət altına almışdı.

    Lakin saytı bağlamaq əvəzinə FTB (FBI) onu iki həftə ərzində aktiv şəkildə saxlamışdı. Bu müddət ərzində FTB Playpen istifadəçilərinin kimliklərini öyrənmək üçün onların kompüterlərinə zərərli viruslar yükləmişdilər. "Technote.az”ın "Motherboard.vice.com” saytına istinadən verdiyi xəbərə əsasən məhkəməyə təqdim olunmuş sübutlarda qeyd olunub ki, sayt FTB-nin nəzarətində olan müddətdə onun istifadəçi sayı bir xeyli artmışdır. İstifadəçilər hətta saytın daha yaxşı işləməsi haqqında müsbət fikirlər bildirirdilər. Playpen-in güman olunan admininin vəkilinin sözlərinə əsasən məhz bu üsulla sayt böyük məşhurluq qazanıb.
    "İki həftə ərzində FTB, istifadəçilərə uşaq pornoqrafiyası ilə bağlı videoları izləməyə və yükləməyə şərait yaradırdı. Həmçinin təşkilat sayta yeni imkanlar daxil edərək onun işini təkmilləşdirirdilər” – deyə vəkil Piter Adolf (Peter Adolf) bildirib. Adolf-un sözlərinə əsasən təqdim edilmiş müddət ərzində saytın istifadəçi bazası 11.000-dən 50.000-ə artmışdır. Abunəçilərin sayı isə 30% artmışdır. İki həftə ərzində uşaq pornoqrafiyası ilə bağlı 200 video, 9.000 foto və 13.000 link sayta əlavə edilmişdir. "Hökümət casusları uşaq pornoqrafiyasının sürətlə yayılması üçün sayta əlavə etdikləri yeniliklər ilə mükəmməl iş görmüşdülər. Bunun nəticəsində bir çox istifadəçilər porno məzmunları daha tez əldə edirdilər. Saytın qanunsuz şəkildə çalışdığı müddətdə isə bu proses daha ləng gedirdi” – deyə Adolf bildirib.
     
    Linki kopyala