main-post-cover

    Facebook`un dizaynını necə dəyişmək olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Facebook veb versiyasında bir çox lazımsız ünsür və reklamlara çox qarışıq görünür. Amma Flatbook ilə veb səhifənizə Material Dizayn verib daha funksional edə bilərsiniz.

    Facebook səhifənizi Material Dizayna keçirmək istəyirsinizmi? O zaman yazımızı diqqətlə oxuyun. Əvvəla qeyd edək ki, Flatbook ödənişsiz əlavədir və sizin Facebook məlumatlarınızı tələb etmir. Aktivləşdikdə sadəcə olaraq interfeysi dəyişir.
     
    Flatbook əlavəsini Chrome mağazasından yükləmək lazımdır. Bunun üçün Chrome mağazasına daxil oluruq və axtarış yerinə Flatbook yazaraq proqramı axtarırıq. Qarşımıza çıxan proqramlar siyahısında birinci olanı seçirik və üzərinə basırıq..
    Facebook`un dizaynını necə dəyişmək olar?
     
    Daha sonra proqrama daxil oluruq və Add to Chrome əmrini seçirik. Bundan sonra proqram Chrome brauzere yüklənir. Yükləmə bitdikdən sonra Added to Chrome yazısı qarşımıza çıxır. Daha sonra Facebook səhifəmizə qayıdırıq və səhifəni yeniləyirik. Bundan sonra səhifə Material Dizayna keçir.
     
    Əvvəla qeyd edək ki, bu rejimdən çıxmaq üçün sol üst hissədəki düymənin üzərinə basmağınız kifayətdir. Səhifəyə ümumi baxış zamanı görürük ki, Facebook daha sadə və funksional olur. Yuxarı hissədə "Axtarış", "Profil", "Ana Səhifə", "Dostlarını tap", "Dostluq təklifləri, Mesajlar, Bildirişlər" və "Facebook əməliyyat paneli" yer alıb. Sol sütunda hissədə iki sütun mövcuddur. Birinci sütunda "Profile, Xəbər Lenti, Profilinizə baxanlar(bu hələ aktiv deyil), Canlı Xəritə və Proqram haqqında məlumat" bölmələri yer alıb. Buradan adına uyğun bölmələrə hərəkət mümkündür. Qeyd edək ki, bu proqramın təklif etdiyi funksiyalardır. İkinci sütunda isə Facebook`un ənənəvi bölmələri yer alıb. "Xəbər Lenti, Dostlar, Mesajlar, Şəkillər, Videolar, Oyunlar, Bəyəndiyiniz səhifələr, Tədbirlər, Proqramlar, Saxladığınız postlar və İdarə etdiyini səhifələr" bölmələri yer alıb. Buradan bütün Facebook bölmələrinə rahat giriş edə bilərsiniz. Sağ hissədə isə çat və bildirim paneli yer alıb. Ana səhifəyə baxdıqda görürük ki, sadə və reklamsız interfeys ilə daha cəlb edici səhifə təcrübəsi verir.
    Facebook`un dizaynını necə dəyişmək olar?
     
    Profilimizə daxil olduqda görürük ki, burada da Material Dizayn tam təmin olunub. Profil şəkli və Örtük fotosu Material Dizayn proqramlardakı kimi dairəvi və dördbucaqlıdır. Burada da sadəcə dizayn dəyişikliyi edən proqram Facebook`un bütün funksiyalarının tam işləməsinə mane olmur. Beləliklə, həm rahat interfeysə, həm də daha funksional bir səhifəyə sahib olursunuz.
    Facebook`un dizaynını necə dəyişmək olar?
     
    Bundan başqa proqramın təklif etdiyi funksiyalar da daha çox diqqət cəlb edir. Belə ki, Xəbər Lenti bölməsində siz istədiyiniz sahəyə uyğun istədiyiniz xəbərləri oxuya bilərsiniz. Burada ən məşhur səhifələrdən tutmuş, ən yeni səhifələrə qədər bütün məlumatlara sahib ola bilərsiniz. Üstəlik, bütün səhifələri bəyənməyə ehtiyac qalmır.
    Facebook`un dizaynını necə dəyişmək olar?
     
    Əgər siz də bu dizayna malik olmaq istəyirsinizsə, onda Flatbook əlavəsini ödənişsiz olaraq endirib yoxlaya bilərsiniz. Facebook`un bu yeni dizaynı ilə bağlı fikirlərinizi də bildirməyi unutmayın. :)
    Linki kopyala