main-post-cover

    Facebook\'a "Bəyən" düyməsinə yeni xüsusiyyətlər gəlir!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Facebook uzun zamandır üzərində işlədiyi "Bəyən" düyməsinin yeni xüsusiyyətlərini rəsmi olaraq açıqladı. Yaxın zamanda sosial şəbəkədi bütün paylaşımlara emojilərlə fikrinizi bildirəcəksiniz. Uzun müddətdir bu xüsusiyyət üzərində işləyən Facebook, "Bəyən" düyməsinə 5 yeni xüsusiyyət əlavə edəcək. Bu yeniliyə isə "Reactions" adı verilib. Belə ki, artıq "Bəyən" düyməsinə sıxdıqda qarşısınıza 5 hissi əlaməti bildirəcək emojilər çıxacaq və fikrinizi artıq daha dəqiq ifadə edə biləcəksiniz.

    Facebook bu xüsusiyyəti istifadəyə versə də, qeyd edək ki, "Bəyənmədim" düyməsi olmayacaq. Hətta aylar öncə Mark Zuckerberg açıqlamalarında bu funksiyanın heç vaxt olmayacağını bildirmişdi. Buna səbəb olaraq isə, sosial şəbəkənin daha sülhsevər olmasını və münasibətlərin daim pozitiv qalmasına yardımçı olmaqdır. Amma bu funksiyanın əvəzinə "Angry"(Hirsli) emojisi olacaq.
     
    Bundan bir neçə ay öncə yoxlama məqsədilə 6 fərqli ölkədə istifadəyə verilən "Reactions" düymələrindən "Yay" düyməsi insanların xoşuna gəlməyib və onların sayı azaldılıb. Blomberg'ə edilən açıqlamalarda isə geridə qalan 5 Reactions düyməsi bir həftə ərzində hər kəsin istifadəsinə veriləcək.
    Linki kopyala