“Facebook” və “Google”da dizayner vakansiyaları və tələblər
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Bu
şəkildə mənə qalstuk qoy da” ilə başlayır Azərbaycanda
dizaynerlik. Lakin bilməli olduğunuz çox şey var desək yanılmarıq. Dizayner
dediyimiz şəxs əslində o fotoqraf studiyalarında, tozlanmış kompüterlərin
arxasında oturub, pasport şəkilinizə kostyum geyindirən şəxs deyil. Nə də ki, iki
gündən bir şəkilinizi göndərib "üzümdəki qara nöqtələri silə bilərsən?”
dediyiniz şəxs də deyil. Dizayner dedikdə onlarla dizayn proqramında işləməyi
bacaran, kreativ və yaradıcı düşüncə tərzinə sahib olan şəxsləri nəzərdə
tuturuq.
Ümumiyyətlə dizayner olmaq bu qədər
sadə və asan məsələ deyil. Üstəlik dizayner dediyimiz şəxslər bu işlərlə məşğul
olmur. Dizayner olmaq artıq günümüzdə bir ixtisas və önəmli bir peşə kimi qəbul
edilir. Bacarıqlı dizayner olmaq üçün isə öyrənməli olduğunuz bəzi standartlar
var ki, bir çox şirkətlər dizayner işə alarkən minimum o tələbləri yerinə yetirə
biləcək dizaynerləri axtarırlar.
Bəs bu tələblər nələrdir?
"Google", "Facebook" və s. kimi şirkətlər, dizaynerləri işə qəbul edərkən hansı kriteriyalara üstünlük verirlər? Bu şirkətlərdə
dizayner olaraq çalışmaqla xəyalınızdakı maaşı almaq üçün nələri bilməlisiniz?
Bu məqaləmizdə sizə yuxarıda qeyd
etdiyimiz və onlar kimi yüzlərlə iri şirkətin, dizaynerlərinə qoyduqları tələbləri
sıralayacağıq. Eyni zamanda bu bilik və bacarıqları necə əldə edə biləcəyinizə
dair sizə bir neçə məsləhətlərimiz də olacaq.
"Facebook": Bir çox
insanın işləmək xəyalında olduğu bir şirkətdir və işçilərinə verdiyi yüksək məvacibləri
ilə məşhurdur. "Facebook”da dizaynerlik sahəsində iş elanlarına nəzər salsaq
burada ən azı 30 iş elanının olduğunu və bunların da 10-dan çox müxtəlif növ
dizaynerlik ixtisasları üzrə olduğunu görərik. Burada
3D Mütəxəssis, Məhsul Dizayneri, İnteryer dizayneri, UI dizayneri, Sənaye
dizayneri, UX tədqiqatçısı və s. kimi vakansiyalar mövcuddur. Hər bir
vakansiya üçün müəyyən tələblər mövcuddur. Lakin hər biri üçün lazım olan ortaq
tələblərlər ilə sizləri tanış etmək istəyirik:
Öhdəliklər:
- Yaradıcılıq və yaradıcı inkişaf
haqqında ən vacib hekayələri formalaşdırın və həyata keçirin "Facebook", təhrikedici
və ağıllı dizayn vasitəsilə dünyanı kəşf etmək istəyir
- "Creative Shop”ların və yaradıcı
sənayenin inkişafına təkan vermək məqsədilə reklam fikirlərindən istifadə edərək,
insanlara ilham verəcək yeni üsulları təcrübədən keçirməyə və yaratmağa kömək
edin
- Tərkibində izahlı şablon olan,
tutarlı və arzu olunan "Creative Shop” dizaynı standartlarını yaradın
- Müştərinin ideyalarını / gözləntilərini
yüksəltmək / konsepsiyalaşdırmaq
üçün yaradıcı strategiyaçılarla birlikdə
çalışın
- Konseptual sahədə, məhsulları / əsas elektron fikirləri maket və sadə
skelet vasitəsilə həyata keçirməyə kömək edin
Minimum Tələblər
- Resume linki olan Portfolio
- Bakalavr dərəcəsi və ya ekvivalenti
(beynəlxalq sertifikat)
- 3+ il marka marketinqinə/reklama tətbiq olunan
dizayn təcrübəsi
- Kampaniya, məhsul və marka
tapşırıqları ilə bağlı təcrübə
- Fikir çatdırma bacarığı
- Marka marketinqi və strategiya
hazırlama təcrübəsi
- İstehlakçı davranışlarını üzə
çıxarmaq və sifarişçilərin müştərilərlə əlaqə qurmasına kömək etmək təcrübəsi
Üstünlük verilən bacarıqlar
InDesign, Illustrator, Photoshop,
Keynote və PowerPoint təcrübəsi
Əslində bütün bunlar standart
olaraq görəcəkləri işdə istifadə olunacaq detallardır və uyğun vakansiyada
minimum tələblərdir. Daha çoxunu bilənin daha artıq maaş alacağı da reallıqdır.
Bu vakansiyalara buradan baxa bilərsiniz.
"Google": "Google" da işçilərinə verdiyi yüksək dəyər ilə bilinən və dünyanın hər yerindən
insanların işləmək üçün can atdıqları bir şirkətdir. Belə ki, "Google”un karyera
səhifəsinə nəzər salsaq burada da 100-dən çox dizayner vakansiyasının olduğunu
görə bilərik. Bəs siz burada işləyə bilməzsinizmi? Əlbəttə işləyərsiniz. Lakin
bunun üçün bəzi biliklərə yiyələnməlisiniz və uyğun təhsiliniz olmalıdır.
Buradakı texniki bacarıqlar da eynilə "Facebook"dakı kimi hər işə uyğun texniki
bacarıqlardır və siz bu bacarıqlara sahibsinizsə uyğun vakansiyaya buradan
müraciət edə bilərsiniz. Xatırladaq ki eyni zamanda bir neçə vakansiyaya müraciət
edə bilərsiniz. Yaxşı olar ki, bu kimi iri şirkətlərə müraciət edərkən sırf sizə
aid olan vakansiyaya müraciət edəsiniz və nə özünüzü nə də o şirkətin əməkdaşını
yormayasınız.
Öhdəliklər
- Yeni və hal hazırda mövcud olan
Google məhsulları və funksiyaları üçün istifadəçi modelini və istifadəçi
interfeysini müəyyənləşdirməyə kömək edin.
- Effektiv qarşılıqlı rabitə və
dizayn ideyaları üçün yüksək səviyyəli və detallı maketlər, "storyboard"lar və
prototipləri inkişaf etdirin.
- Yeni və hal hazırda mövcud olan məhsulların
praktikliyini yoxlayın və dəyişikliklər üçün konstruktiv təkliflər edin.
Tələblər
- BA/BS dizayn dərəcəsi (qarşılıqlı
əlaqə, qrafika, vizual rabitə, məhsul, sənaye, və s.), qarşılıqlı İnsan –
Kompüter əlaqəsi, Kompüter elmləri ilə əlaqəli sahədə praktiki təcrübə, ya
ekvivalent.
- Veb tətbiqetmələri və qarışıq
sistemlər, məhsullar ilə təcrübə
- Minimal front-end bilikləri
- Mobil tətbiqetmələrlə işləmə təcrübəsi
- UI/UX bilikləri
- Google dizayn standartlarını bilmək
Üstünlük verilən bacarıqlar:
- Müvafiq iş təcrübəsi, istifadə
oluna bilən veb əsaslı interfeyslərin dizaynında təcrübə.
- Göstərilən HTML bacarıqları.
- Güclü, özünə inamlı, təmiz vizual
dizayn anlayışı.
- Effektiv liderlik, kommunikasiya
və komandayla işləmə bacarıqları.
Bəs "Google", "Facebook", "Microsoft", "Samsung" və s. kimi şirkətlərdə dizayner işləmək üçün bilikləri haradan əldə etmək olar? Necə dizayn sahəsində böyük şirkətlər tərəfindən tanınan "Beynəlxalq sertifikat” əldə etmək olar?
Azərbaycanda yaşayan birinin
professional şəkildə dizayn biliklərinə yiyələnməsi və nüfuzlu xarici şirkətlərdə
işə düzəlməsi çox çətin görünsə də əslində hər şey sizin əzminizdən və təhsil
alacağınız müəssisədən asılıdır. "Technote.az” olaraq sizə, Bakıda IT və Dizayn sahəsində
keyfiyyətli təhsil ala biləcəyiniz və sertifikatlarının dünyanın hər yerində
tanındığı "Step-IT Akademiya”nı məsləhət görə bilərik. Dizaynerliyi ən incə
detallarına qədər öyrənə biləcəyiniz "Step-IT Akademiya” sizə "Photoshop”dan "AutoDesk”ə,
3D Modelləmədən UI/UX dizaynerliyə qədər dizayner ola bilmək üçün lazım olan
bütün detalları öyrədəcək. Kursu bitirdiyinizdə sizdə "Step-IT Akademiya” nın
1000-lərlə məzunu kimi özünüzü məşhur bir şirkətdə istədiyiniz vəzifədə `görə
bilərsiniz. Bu kurs mənə nələr verəcək desəz, buradan tədris proqramı ilə tanış ola bilərsiniz. Dizayner olmaq üçün daha çox məlumat və kurslarla maraqlanmaq istəyirsinizsə buradan pulsuz məsləhət ala bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)