main-post-cover

    Facebook Telegram-ın vacib funksiyasını özündə tətbiq edəcək

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Facebook gizli çatların yaradılması haqqında rəsmi olaraq bildirib. Yeni funksiya sayəsində xüsusi kodlaşdırma ilə qorunan mesajlara müəyyən vaxt limiti qoyduqda onlar lazımi şəxsə göndəriləndən sonra avtomatik olaraq pozulacaqlar. Məhz Telegram messengerindədə bu cür kodlaşdırma və gizli çatlar mövcuddur. Bu texnologiya həmçinin Facebook-a aid olan WhatsApp messengerindədə istifadə olunur. Məlumata əsasən sosial şəbəkədə Open Whisper Systems-dən olan həmin Double Ratchet protokolundan istifadə ediləcək. Həmin gizli yazışmaları hətda Facebook-un idarəçiləri belə oxuya bilməyəcəklər. Bu texnologiyaya əsasən kodlaşdırılmış yazışmaların açarları bir qayda olaraq həmin yazışmaları göndərmiş cihaza bağlı olacaq. Beləliklə əgər siz mesajın avtomatik olaraq pozulmasına qədər çata digər cihaz ilə daxil olsaz belə yazışmada göndərilmiş mesajları görə bilməyəcəksiz. Hələki gizli çat funksiyası test mərhələsini keçir və çox az adam üçün aktivdir. Yayın sonuna kimi Facebook bu funksiyanın auditoriyasını genişləndirməyi planlaşdırır.
    Linki kopyala