main-post-cover

    Facebook Messenger olmadan artıq mesajlaşa bilməyəcəksiniz

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook’un mobil cihazlar üçün yaratdığı Messenger proqramı artıq brauzer üzərindən də təklif olunacaq.


    Mobil cihazlarda Facebook üzərindən mesajlaşmaq istədikdə Facebook proqramından avtomatik olaraq Messenger proqramına yönləndirilirik. Bununla da şirkət insanları Messengeri yükləməyə "məcbur edir". Sadəcə Facebook proqramından istifadə edən şəxslər əvvəl rahatlıqla əlavə proqram olmadan mesajlaşa bilirdilər. Amma daha sonra Messenger proqramını yükləmədən mesaj yazmaq qeyri mümkün olduğu üçün insanlar məcbur olaraq bu proqramdan istifadə etməli oldular. Lakin bir çox insanlar Facebookdan brauzer vasitəsilə istifadə edirdilər. Belə ki, baruzer vasitəsilə mesajlaşmaq daha rahat olurdu və Messenger proqramı tələb etmirdi. Amma gələn son xəbərlərə görə artıq brauzer üzərindən də mesajlaşmaq mümkün olmayacaq və sizi birbaşa olaraq telefonun marketinə yönləndirərək, proqramı yükləmək tövsiyyə olunacaq. Bu bir çox insanların xoşuna gəlmədi. Amma əgər mesajlaşmaq istəyirsinizsə, "məcburən" Messenger proqramını yükləməlisiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər