main-post-cover

    Facebook Messenger-lə Avropada online ödəniş etmək mümkün olacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sosial media xidməti Facebook, mesajlaşma tətbiqi olan Messenger üzərindən ediləcək ödəmələr üçün Avropada lisenziya aldı. Bununla da Facebook Messenger tətbiqi, Avropada da istifadəçilərin eyni zamanda təhlükəsiz ödəmə edə biləcəyi platforma rolunu oynamağa başlayır.

    Facebook-un İrlandiyadakı Mərkəzi Bankdan aldığı lisenziya, sosial media xidmətinin mesajlaşma tətbiqi içində yardım kampaniyaları üçün ianə edilməsi və istifadəçilərin bir-birinə pul göndərib almasına imkan tanıyır. Lisenziya sadəcə İrlandiyada deyil, bütün Avropada da keçərli olacaq.

    Avropalılar da artıq Messenger-dən pul göndərə biləcəklər

    Facebook oxşar pul köçürmələrini ABŞ-da Messenger üzərindən edə bilirdi, amma Avropada bunun üçün lisenziya yox idi.

    Sosial media nəhənginin bu ödəmə sistemlərini həyata keçirmək və inkişaf etdirmək üçün qurduğu bir şirkət də mövcuddur.Facebook Payments International Ltd (FBPIL) adlı şirkət, Facebook üzərindən bütün ödəmə xidmətlərini həyata keçirirdi.
    Facebook Messenger, 2015-ci ilin mart ayında ABŞ-da ödəmə xidmətləri üçün lazımlı lisenziyaları almışdı. Bunun sayəsində fərqli firmalar, Messenger üzərindəki Chatbot  tətbiqləri üzərindən sifariş alıb ödəmələrini yenə Messenger üzərindən qəbul edə bilirlər.
    Linki kopyala