main-post-cover

    Facebook CEO`su Mark Zuckerberg`in hesabları ələ keçirildi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook`un sahibi Mark Zuckerberg’in Twitter və Pinterest hesabları ələ keçirildi.


    Bazar günü "OurMine" adlı qrup Mark Zuckerberg`in sosial media hesablarını ələ keçirməyi bacardı və onun hesablarından paylaşımlar edərək, Zuckerberg`in istifadə etdiyi şifrəni də qeyd etdilər. Onun rəsmi Twitter hesabını ələ keçirməzdən əvvəl Linkedin hesabını incələyən qrup lazım olan məlumatları ələ keçirdikdən sonra rəsmi hesabları qırmağa başlayıb. Rəsmi hesabları SHA1-password ilə qorunan Zuckerberg, görünür elə də yüksək təhlükəsizlikdən istifadə etmirmiş. Hackerlər onun Linkedin şifrəsinin "dadada" olduğunu açıqladılar və bu şifrəni digərlərində də istifadə etdiyini vurğuladılar.

    Bununla yanaşı belə iddia olunur ki, həmin qrup Zuckerberg`in İnstagram hesabını da ələ keçirib. Amma bu məlumat hələki təsdiqlənməyib. Maraqlıdır ki, Zuckerberg`in Twitter hesabında 2012-ci ildən bu yana heç bir status yox idi Buna baxmayaraq, onun Twitter və Pinterest hesabları geri qaytarıldı və göndərilmiş paylaşımlar silindi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər