main-post-cover

    "Facebook" az RAM istifadə edən Messenger Lite-ı istifadəyə verməyə hazırlaşır

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook yeni Messenger Lite versiyasını istifadəçilərə təqdim etməyə hazırlaşır

    Bir çoxlarımızın şikayət etdiyi ortaq mövzulardan biri də RAM-ın çox istifadə olunmasıdır. Bunu nəzərə alan Facebook öz istifadəçilərini sevindirəcək yenilik edib və yeni Facebook Messenger Lite versiyasını istifadəyə verib.
    Demək olar ki, hər gün istifadə etdiyimiz Messenger mobil cihazlarda ən çox RAM sərf edən tətbiqlərdən biridir. Facebook-un yeni Messenger Lite versiyası hər kəsin bu xidmətdən daha asanlıqla istifadə etməsi üçün nəzərdə tutulub.

    Facebook Messenger yalnız zəif deyil, o cümlədən güclü texniki xüsusiyyətlərə də malik cihazlar üçün əlverişsiz sayılırdı. Ona görə də Facebook-un yeni versiya messenger xidmətinin əvvəlki ilə müqayisədə daha çox istifadə olunacağı güman olunur.
    Facebook Lite kimi daha sadə və daha az RAM istifadə edən Messenger Lite ilk olaraq daha zəif və köhnə model telefonların istifadə olunduğu Kenya, Malaziya, Şri Lanka, TunisVenesuela kimi ərazilərdə istifadəyə verilməsi nəzərdə tutulur.
    Linki kopyala