main-post-cover

    Əsrin tibbi sirri. Pakistandan olan "Günəşli oğlanlar" (VİDEO)

    07.05.2017
    Farid Pardashunas

    Pakistanlı həkimlər iki yerli sakinin müəmmalı vəziyyətlərini araşdırmaqda davam edirlər.

    Belə ki, iki qardaş olan bu yerli sakinlər günəşin batmasından sonra hərəkət sistemlərini itirirlər. Pakistanlı bir ailədə böyüyən bu iki qardaş öz yaşıdlarından çox fərqlənirlər. Gün ərzində 13 yaşlı Ahmed Shoaib və onun 9 yaşlı qardaşı Abdul Rasheed məktəbdə oxuyur və dostları ilə həyətdə oynayırlar. Lakin axşamın düşməyi ilə bu uşaqlar vegetativ vəziyyətə düşürlər. Yəni onlar hərəkət edə, ağızlarını və gözlərini aça bilmirlər. Bu, dünyada ilk belə bir haldır və həkimlər bu halı hərtərəfli müşahidə edirlər. Pakistanda onları "Günəşli oğlanlar” adlanıdırırlar. Bu uşaqlar İslamabadda pulsuz müayinədən keçirlər. Uşaqlar indiyənə kimi 300-ə yaxın testlərdən keçsələr də orqanizmin bu cür reaksiyasının tam səbəbi hələ bilinmir. Həkimlər yalnız onu müəyyən ediblər ki, bu vəziyyət işığın olmaması ilə əlaqədardır.
    Təcrübələrdən birində qardaşları tamamilə qaranlıq otağa yerləşdirmişdilər. Lakin bu üsul heç bir effekt vermədi. Beləliklə müəyyən olundu ki, onların bədənləri işığa deyil, günün müəyyən saatlarına reaksiya verirlər. Pakistanlı mütəxəssislər ailənin yaşadığı ərazidən müşahidə üçün torpaq, su və hava nümunələri götürüblər. Uşaqların qan nümunələri isə dünyanın bir çox mütəxəssisinə göndərilib. Lakin nümunələrin analizi zamanı qeyri-adi bir şeyə rastlanmayıb. Bu halın səbəbinin əsas versiyası kimi genetik anomaliya yəni, qan qarışığı (insest) göstərilir. Belə ki, oğlanların ata və anaları yaxın qohumdurlar. Ailənin ilk iki uşağı hələ balaca vaxtı vəfat ediblər. Daha biri adi həyat tərzi sürür. İkisi bu sirli hala düşüb. 6-cı uşaq isə 1 yaşlı körpədir. Məlumata əsasən 1 yaşlı körpə də artıq bu xəstəliyin simptomlarını göstərməyə başlayıb. Həkimlər tədqiqatları davam etdirirlər. Lakin onların bu sirri açacaqları bilinmir.
    Linki kopyala