main-post-cover

    Ermənistan istehsalı ilk smartfon

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Diqqət! Məqsədimiz erməni telefonunu reklam etmək deyil. Düşmənin və rəqibin bazarını araşdırmaqdır.

    Bugün Ermənistan istehsalı ArmPhone smartfonları satışa çıxıb. TSD (Technology and Science Dinamics) şirkətinin rəsmiləri qeyd ediblər ki, onlar ilin sonuna kimi Rusiya bazarına çıxmağı planlaşdırırlar. Şirkət ArmPhone smartfonunun 5 modelini bugün təqdim edib. "”Erməni məhsulunun vaxtı çatıb” devizi ilə ilk erməni istehsalı smartfonlarını təqdim edirik. Onlar təkcə dizaynı ilə deyil həmdə performansları ilə də hər bir alıcının könlünü oxşayacaqlar” – deyə şirkət rəsmiləri bildiriblər. Hal-hazırda ArmPhone 0502, ArmPhone 0505, ArmPhone 0508, ArmPhone 0509 və ArmPhone 0520 smartfonları yalnız ermənilər üçün nəzərdə tutulub. Lakin şirkət digər bazarlara da çıxmağı planlaşdırır. Seriyanın flaqmanı olan ArmPhone 0520 smartfonu 5.2 inç Full HD ekran, 1.3 GHz tezlikli 8 nüvəli MediaTek MTK6753 prosessoru və 3 GB-lıq RAM ilə təchiz olunub. Smartfonun arxa kamerası 13 MP, ön kamerası isə 8 MP-dir. Barmaq izi funksiyası ilə yanaşı smartfon Android 5.1 əməliyyat sistemi ilə çalışır. TSD şirkətinin mətbuat xidmətinin təmsilçisi Anna Voskanyan-ın sözlərinə görə Rusiyada smartfonlar bu ilin sonunda satışa çıxa bilər. Hal-hazırda Ermənistanda smartfonların qiyməti modellərə görə dəyişərək $107-$321 təşkil edir. Rusiyada smartfonlar satışa çıxsa onların qiymətlərində elə də böyük dəyişiklik olmayacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər