main-post-cover

    Ən yaxşı tələbələr bilər: "Altıncı dad reseptoru kəşf olunub"

    07.05.2017
    Farid Pardashunas
    Amerikalı alimlər, insanlarda yeni dad reseptorunun olduğunu iddia edirlər. New Scientist jurnalında yayımlanan xəbərə görə amerikalı alimlər insanların makarona, çörəyə, düyüyə və kartofa niyə daha çox dəyər verdiyini ortaya çıxarıblar. Sadalanan bu məhsulların hamısının tərkibində nişasta mövcuddur.
    Oregon Dövlət Universitetinin araşdırmaçıları insanlarda tərkibində "nişasta” olan yeməkləri təyin edən altıncı dad reseptorunun olması haqda açıqlama veriblər. Dr. Juyun Lim araşdırmada iştirak edən könüllülərə təcrübə zamanı tüpürcək enzimlerini və şirin dad reseptorlarını blok edən bir qarışıq, daha sonra müxtəlif səviyyələrdə olan karbohidratı maye olaraq verdiklərini deyib. Təcrübədə iştirak edənlər bu dadın "nişasta” olduğunu bildirib. Professorun sözlərinə görə asiyalı insanlar bu dadı düyüyə, avropalılar isə çörəyə bənzədiblər. Hələ ki, tam olaraq bu reseptorun yerini təyin etmədiklərini bildirən Lim, təcrübələrinə davam edəcəklərini bildirib.

    İndiyə qədər insan tüpürcəyindəki fermentlərin nişasta molekullarını sadə şəkərə ayıra bildiyini və insanın yalnız karbohidratdaki şəkəri dada bildiyi düşünülürdü. Bu dad reseptorunun adı umami, yəni "umai” və "mi” birləşmələrindən əmələ gəlib. Yaponcadan mənası "Ləzzətli dad” deməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər