Tesla Motors-un qurucusu Elon Musk nəhayət bu gün maraqla gözlənilən Tesla Model 3-ü təqdim etdi. Musk-ın söz verdiyi kimi kompakt sedan ölçüsündə olan bu avtomobilin təqdimatında Musk yanacaqla çalışan avtomobillərin qlobal istiləşməni sürətləndirməsindən danışıb. Tesla Model S və Model X alıcılarına öz minnətdarlığını bildirən Musk daha sonra əsas təqdimata başladı.
Tesla Model 3 çox təhlükəsiz avtomobildir. Elon Musk avtomobilin hər sinifdə 5 ulduz təhlükəsizlik sertifikatını alacağına zəmanət verdiyini bildirərək təhlükəsizliyə verdiyi önəmidə diqqətə çatdırıb. Buna baxmayaraq eyni zamanda Model 3 çox sürətli olacaq. Model 3-ün ən ucuz versiyasının 0-dan 100-ə sürətlənməsi 6 saniyədən tez həyata keçir. Elon Musk bu yerdə "Biz Tesla Motors-da yavaş maşınlar hazırlamırıq" deyərək əvvəlki modelləri də yada salıb. Maşının elektrik sərfiyyatına gəldikdə isə Model 3 tam dolu halda minimum 346 km yol qət edə bilir.
Əlbəttə bu göstəricilər həmişə belə qalmaycaq. Tesla Model 3 zaman keçdikcə daha da mükəmməl bir avtomobilə çevriləcək. Eynilə Model S kimi.

Xüsusi avtopilot sistemini, qəza əleyhinə qurraşdırılmış sistemlər opsia kimi satılmayacaq, yəni ən ucuz Tesla Model 3-də belə bu xüsusiyyətlər hazır qurraşdırılmış olacaq. Hə, qiymətə gəldikdə isə Tesla Model 3-ün qiyməti 35 min ABŞ dolları olacaq və artıq 138 mindən çox alıcı öz Model 3-lərini sifariş edib.
Şərh yoxdur