main-post-cover

    Elon Musk, insanların gələcəkdə necə olacaqları haqqında nəzəriyyəsini söylədi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir müddətlik öz layihələrindən dincələn Elon Musk, Dubayda keçirilmiş World Government Summit tədbirində iştirak edib.

    Həmin tədbirdə Elon Musk, insanlığın gələcəyi haqqında fikirlərini söyləyib. "Tesla” və "SpaceX” kimi şirkətlərin rəhbəri olan Elon Musk-ın fikrincə insanlığın yeganə çıxış yolu kibernetik təkamüldür. Əgər insanlar bioloji və rəqəmsal zəkanı birləşdirməsələr onda onlar, texnologiyanın hökm sürəcəyi dünyada lazımsız canlılar olmaq riskindədirlər. Hər şey insan beyni ilə onun rəqəmsal versiyası arasındakı məlumat ötürülməsinə söykənir. Kompüterlər saniyədə trilyon bit məlumat ötürmə qabiliyyətinə sahibdirlər. Biz insanlar isə smartfonlarda sadə mətn yazmaq ilə saniyədə 10 bit-lə kifayətlənməli oluruq. Sürətli neyrokompüter interfeysləri, insan ilə süni zəkanın birləşməsində vacib addım olacaqlar.
    Gələcəkdə ən ağıllı insandan belə ağıllı olacaq süni zəka olacaq. Məhz həmin anda biz böyük təhlükəö ilə qarşı-qarşıya qala bilərik. "Əgər kompüterlərə qarşı mübarizə apara bilmirsənsə ən yaxşı çıxış yolu onlardan biri olmaqdır” – deyə Elon Musk qeyd edib. İnsanlar öz bədənlərini təkmilləşdirərək kiborqlara çevrilməli olacaqlar. Hələ keçən il Elon Musk bildirmişdi ki, biz insanlar artıq müəyyən mənada kiborqlarıq. Belə ki, biz hammımız elektron şəxsiyyətə sahibik. Elektron şəxsiyyətimizin isə müəyyən bir hissəsi, istifadə etdiyimiz elektron poçt ünvanlarında, sosial şəbəkələrdə və internetdə istifadə etdiyimiz hər bir şeydə mövcuddur. Günümüzdə kiçik bir cihaz ilə istənilənməlumatı əldə etmək və dünyanın istənilən nöqtəsində olan insan ilə əlaqə yaratmaq olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər