main-post-cover

    Elon Musk, insan beyni ilə kompüteri birləşdirəcək "Neuralink" layihəsi haqqında məlumatlar verib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Elon Musk-ın yeni şirkəti olan "Neuralink”, 8-10 ildən sonra neyron cihazlarını təqdim edəcək.

    Həmin cihazlar bir neçə mikron ölçüdə xüsusi çiplər olacaq hansılar ki, insanın koqnitiv xüsusiyyətlərini daha üst səviyyəyə yüksəldəcək. Bu layihə ilə bağlı yeni məlumatları Elon Musk və mütəxəssislərdən ibarət komanda verib. "Neuralink” adlı startap, bir neçə mikron ölçülü neyrointerfeyslər hazırlayacaq. Növbəti 4 il ərzində isə insult keçirtmiş, onkoloji xəstəliyə sahib və doğuşdan bəzi fiziki qüsurlu insanlar üçün kiçik çiplər hazırlanacaq. Cihazlar ilk növbədə yaddaşın və hərəkət funksiyaların bərpası üçün nəzərdə tutulacaq. Müəyyən müddətdən sonra isə həmin çiplər sayəsində insanlar bir-biriləri ilə düşüncələrini paylaşa biləcəklər. 8-10 ildən sonra bu cür çiplər hamı üçün aktiv olacaq. Lakin layihənin bu cür zamanlanma məsələsi hələki təqribidir. Belə ki, neyrointerfeyslər sayəsində insanların koqnitiv xüsusiyyətlərinin təkmilləşdirilməsi sahəsi qaranlıq olaraq qalır. İnsanları daha ağıllı etmək üçün nəzərdə tutulmuş Musk-ın yeni layihəsi barədə məlumatlar, keçən ayın sonunda yayılmışdı. Lakin Musk-ın həmin layihədə hansı vəzifəni icra etdiyi məlum deyildi. Lakin indi məlumdur ki, Elon Musk, "Neuralink” şirkətinin CEO vəzifəsindədir və mütəxəssislər qrupuna daxildir. Elon Musk-ın verdiyi məlumata əsasən bu layihənin komandasının yığılması üçün o, bir çox sahələri əhatə edən 1000-ə yaxın mütəxəssis ilə görüş keçirib. Musk-ın təklifi ilə startapın komandasına "IBM”in prosessorlarının yaradıcısı Paul Merolla və mikrocihazların hazırlanması ilə biomaterialların tədqiq olunması sahələrində aparıcı mütəxəssis Vanessa Tolosa qoşulublar.
    Qeyd etmək lazımdır ki, komandaya həmçinin neyrointerfeyslərin hazırlanmsı üzrə artıq təcrübələri olan insanlar da daxildirlər. Məsələn, Kaliforniya Universitetinin tələbəsi Dj Seo, "neyron tozu” (beyin aktivliyini müşahidə edən çox kiçik ultrasəs ötürücüləri) yaradıb. Boston Universitetinin aparıcı mütəxəssisi Tim Gardner isə vaxtı ikən quşlar üçün nəzərdə tutulmuş beyin implantları hazırlamışdır. "Neuralink” komandasına həmçinin neyrocərrah Ben Rapoport və mühəndis Tim Hanson daxildirlər. Şirkət saytında, startap üçün lazım olan mütəxəssis vakansiyaları var. Ümumilikdə şirkətə biotəbib-mühəndis, elektrokimyaçı, mexatronika və polimer istehsalı sahəsində mütəxəssis və s. lazımdır. Sözügedən startap, 2 problemi aradan qaldırmalıdır. Birinci problem, məlumatların ötürülmə sürətinin artırılmasıdır. Hal-hazırda olan neyrointerfeyslər çox ləng çalışırlar. Beyinə yeridilmiş az sayda elektrodlar isə lazımi nəticənin alınmasını əngəlləyir. Əsl inqilab o halda mümkün olacaq ki, neyrointerfeys eyni anda beynin milyonlarla neyronları ilə çalışa bilsin. İkinci problem isə insan beyninə neyrointerfeysin yeridilməsidir. Şirkət mütəxəssislərinin fikrincə neyrointerfeys, heç bir daxili müdaxilə olmadan insan beyninə yeridilməlidir. Belə ki, istənilən cərrahi müdaxilələr çox baha başa gəlir və mütəmadi olaraq keçirilmir. Elon Musk qeyd edib ki, biotexnologiyanın bu sahəsini genetikanın yerinə ona görə seçib ki, genetika daha çox vaxt aparır. "Genetika çox ləng çalışır. Bir insanın böyüməsi üçün 20 il vaxt lazımdır. Bizim isə bu qədər vaxtımız yoxdur” – deyə Elon Musk bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər