main-post-cover

    Elon Musk-ın, Mars, süni zəka, insan gələcəyi və s. haqqında 12 sitatı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Bir çoxları Elon Musk-ı dahi, digərləri isə fırıldaqçı adlandırır. Lakin bütün bunlara baxmayaraq "Tesla” və "SpaceX” kimi şirkətlərin təsisçisinin imza atdığı uğurları nəzərə almamaq mümkün deyil. Onun avtomobil şirkəti bir neçə müddət bundan öncə məşhur "Ford” şirkətinin ümumi kapitalizasiyasını keçmiş, Falcon raketi isə yeni sınağı uğurla başa vurmuşdur. Business Insider öz növbəsində bu dahi insanın maraqlı sitatlarını bir araya yığmışdır. Beləliklə sizlərə Elon Musk-ın digər planetlərin kolonizasiyası, süni zəka və ümumilikdə insanlığın gələcəyi haqqında 12 sitatını təqdim edirik.
    Elon Musk, süni zəka barəsində:
    "Süni zəka nəinki bizim hər birimizə, hətta insan sivilizasiyası üçün də böyük təhlükə mənbəyidir. Məhz buna görə süni zəka sahəsində araşdırmaların daha çox aparılması bu qədər vacibdir”.
    Elon Musk, digər planetlərin kolonizasiyası haqqında:
    "Əgər insanların, multiplanetar növ olma ehtimalı varsa, kosmik-raket texnikası sahəsində fundamental inkişaf lazımdır. Elə raketlər lazımdır ki, onları işə salandan sonra onlardan yenidən istifadə etmək mümkün olsun”.
    Elon Musk, uçan avtomobillər barəsində:
    "Təbii ki, biz uçan avtomobili yarada bilərik. Əsas qəliz məsələ bunda deyil. Əsas qəliz məsələ ondan ibarətdir ki, onu tamamilə səssiz və təhlükəsiz etməkdir”.
    Elon Musk, nəticəyə doğru istiqamətlənmək barəsində:
    "Mən prosesə inanmıram. Bundan əlavə olaraq mənim yanıma insanlar müsahibəyə gələndə və deyəndə ki, proses onlar üçün ən əsas xüsusiyyətdir, mən bunu yaxşı keyfiyyət kimi qəbul etmirəm”.
    Elon Musk, innovasiyalar barəsində:
    "İdealda bir-birilə rəqabət aparacaq 3-4 böyük müəssisənin olmasını istəyərdim. Bu cür vəziyyət, innovasiyaya stimul verir. Əgər şirkət, yerində dayanıb və texnologiyasını inkişaf etdirmirsə, onda onun rəqibləri onu asanlıqla geridə qoyacaqlar”.
    Elon Musk, yeni kəşf barəsində:
    "Əgər nəsə yeni bir şey kəşf etmək istəyirsinizsə, onda fiziki prinsiplərdən istifadə edin. Fizika, intuisiya və sağlam düşüncəni inkar edən qərarların tapılmasında yardımçı olur. Misal olaraq kvant mexanikasını gətirmək olar”.
    Elon Musk, ölümsüzlük barədə:
    "Mən həqiqətən də düşünürəm ki, uzun və xoş ömür sürmək ən yaxşısıdır. Məhz buna görə biz, insanların qocalıq dövründə rastlaşdıqları problemləri aradan qaldırmaq istəyirik. Bir tərəfdən bilmirəm. Mən dəqiq bilirəm ki,, sonsuz həyat yaşamaq istəməzdim”.
    Elon Musk, Mars barədə:
    "Ən əsası Marsda tamamilə avtonom və azad bir şəhər yaratmaq lazımdır. Bütün insanlığın yaşam müddəti və bizim sivilizasiyamızın varolma müddəti bundan asılıdır.
    Elon Musk, Amerika barədə:
    "Amerika, tədqiqatçılar ölkəsidir. Amerika, yeni kəşflərə atılmağa can atan insan obrazını canlandırır”.
    Elon Musk, elektromobillər barədə:
    "Şəhərlərdəki havanın təmiz olması üçün elektromobillərə keçmək lazımdır”.
    Elon Musk, bərpa oluna bilinən enerji barədə:
    "Təsəvvür edin ki, bizim yalnız günəş enerjimiz var və Günəş yeganə resursdur. İspaniyada kiçik bir ərazi, Avropanı elektriklə təmin etmək üçün kifayət edir”.
    Elon Musk, kosmik səyahət barədə:
    "Biz, insanlara, kosmosa yol açmağı istəyirik. Və buna nail olmaq üçün biz, kosmosu əlçatan etməliyik”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər