main-post-cover

    Elon Musk gəncliyində sadəcə 1 dollarla yaşayırdı

    Digər
    07.05.2017
    Farid Pardashunas
     

    SpaceXTesla-nın CEO-su Elon Musk, hal-hazırda təxmini olaraq 12.8 milyard dollarıq bir maddi varlığa sahibdir. İlk şirkəti olan Zip2-ni 28 yaşında satıb milyoner olmazdan əvvəl isə, Musk, gündə 1 dollar ilə yaşamağa çalışırdı. Yaşadıqlarını StarTalk radiosunda məşhur astrofizikaçı Neil deGrasse Tyson-a danışan Musk, uğurlu bir startupçu, uğurlu bir lider ola bilmək üçün, hotdog və portağal ilə illər keçirtdiyini vurğulayıb. Düzdür bəlkə də kasıblıq səviyyəsinin üstündə bir menyudur, ancaq yenə də bu günki şərtlərə baxdıqda, arada böyük bir fərq var.

    Musk, Ontario-dakı Queens Universitetinə ilk başladığı illərdə, insanlığın müqəddaratını, internet, enerji artımını və kosmos kəşflərinin dəyişdirə biləcəyini düşünürdü. Digər tələbələr işi fikirləşərkən, onun dünyanı dəyişdirə biləcəyini deyən Tyson-a, özünün də bunu düşündüyünü və planının hər zaman Amerika-ya getmək olduğunu bildirir.
    "Amerika-da canlı qala bilmək çox asandır. Bu səbəblə yaşamaq üçün ehtiyacım olanları da ən aşağı səviyyədə tutdum. Ucuz bir evdə, kompüterimlə, açlıqdan ölmədən yaşayaraq çox şeyi bacara biləcəyimi kəşf etdim" deyir. Aylıq 30 dollarlıq bir büdcə ilə yaşaya biləcəyini düşünüb, bu düşüncəni bacardıqdan sonra özünü istədiklərini əldə etmək barədə daha azad hiss edir. Bunun nəticəsində qazandığı puldan özü üçünün minimum xərcləyir və geridə qalan pulu, xəyallarına çatmaq üçün xərcləyir. O gün edə bilmədiklərini, bugün artıqlamasıyla edir.

    Mükəmməl bir ilham qaynağıdır, elə deyil?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər