main-post-cover

    Elm adamları Asteroidin planetimizlə toqquşmamasının yollarını axtarır!

    07.05.2017
    Farid Pardashunas
    Bundan milyonlarla il əvvəl 10 km böyüklüyündə bir asteroidin planetimizlə toqquşması zamanı dinozavrların sonu gəlmişdi. Elm adamları buna bənzər vəziyyətin bizim başımıza gəlməməsi üçün indidən araşdırmalara başlayıblar.
    Alman Kosmos və Aviasiya Dairəsi’ndə "Neo-Shield” adlı bir proyekti idarə edən Prof. Dr. Alan Harris, Avropa Birliyi’nin vəzifələndirdiyi komanda ilə birlikdə "müdafiə strategiyaları" üzərində işləyir.

    Hal hazırda inanılmaz ölçülərdə asteroidlərin Dünya ilə toqquşma riskinin olmadığını söyləyən Harris, "Hal hazırda harada olduqlarını bilmirik, amma önümüzdəki bir neçə yüz il ərzində belə bir toqquşmanın olmayacağından əminik” dedi.

    10 kilometr qədər olmasa da 10 metr ölçülü asteroidlərin Dünya ilə toqquşma riskinin olduğunun söyləyən Harris, Rusiya’nın 2013-cü ildə bir asteroiddən şans nəticəsində canını qurtardığını dedi. "2013’ün fevral ayında Rusiya’daki Çelyabinsk Oblast səmalarında 17 metr böyüklükdə bir meteorit partladı. Əgər göy daşı Dünya ilə toqquşsaydı, yəqin ki, bir şəhər yox olacaqdı. Partlayış göydə baş vermiş olsa da bir çox ev xəsər aldı və 1500’dən çox insan yaralandı” dedi.


    Dünya üçün təhkükəli sayıla bilinəcək 12000 cisim var. Bu cisimlərdən bəzilərinin yönləri tonlarla ağırlığı olan kosmos sondaları ilə dəyişdirilə bilinir. Sondanın səma cisminə daha az kütləsi asteroidə cazibə qüvvəsi yaradır və beləcə səma cisminin yönü dəyişmiş olur.



    Bunun çox detallı bir üsul olduğunu vurğulayan Harris, zamanlarının az olduğu vəziyyətlər üçün isə B planını irəli sürdüklərini qeyd edir. "Asteroid, əgər zaman azdırsa, kosmos roketləri ilə vurula bilər." deyən Harris, NASA və Avropa Kosmos Agenti’nin 2020-ci il üçün planlarında Didymos və Didymoon adlı iki səma cisminin yox edilməsi olduğunu vurğuladı. Bu plana görə bir gəmi asteroidi izləyib onun tərkibindən bəzi nümunələr toplayacaq, 330 kq ağırlıqdakı digər gəmi isə Didymoon’u birbaşa vuracaq.


    Bu atışın simulasiyasının olduğu Ernst-Mach İnstitutunda işləyən Dr. Frank Schafer, "Toqquşma anında tam mənada  momentum transferi olur; bu transfer peykin təzyiqi ilə üzə çıxır. Üzə çıxan enerji toqquşma yönünün tam tərsində isə özünü göstərir. Sanki təyyarə meteor kimi kütləni çıxardığı yönün tam əksi istiqamətində sürətlənmə qazandırır.” deyir. Bu vəziyyət ancaq kiçik kütləli asteroidlərdə işə yarayır. Əgər asteroid böyükdürsə toqquşma işə yaramır. Belə bir vəziyyətlə əllərində tək alternativin olduğunu söyləyən Harris, "Əgər bir göy cisminin bizə doğru gəldiyinin çox gec fərqinə varsaq, ən son çarəyə baş vuracağıq. Bu da atom bombası ilə olar. Amma bunun riskli tərəfi var. Kiçik parçaların planetimizə düşməsi və qorxunc faciələrə yol açması mümkündür” deyə vurğuladı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər