main-post-cover

    Ehtiyyatlı olun. WhatsApp və Telegram-ı, bir foto ilə hack etmə üsulu aşkar edilib (VİDEO)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Check Point” adlı tədqiqat şöbəsi, WhatsApp və Telegram messencerlərinin desktop versiyalarının yeni hack üsulunu tapıblar.

    Belə ki, sözügedən messencerlərin web versiyalarını istifadə edən istifadəçiləri, sadə bir foto ilə hack etmək mümkündür. Bunun üçün hackerlər, istifadəçilərə, özündə zərərli kod daşıyan adi foto göndərirlər. Fotoya daxil olanda isə xüsusi alqoritm işə düşür. Beləliklə hacker, istifadəçinin bütün məlumatlarını əldə edə bilir. Bu zaman istifadəçinin messencerindəki ismarıclar, fotolar, videolar və digər fayllar təhlükə altına düşür. Daha sonra, özündə həmin zərərli kodu daşıyan fotonu digər istifadəçiləri də göndərmək olar. Qeyd etmək lazımdır ki, bu problem yalnız messencerlərin desktop versiyalarında yaranır. "Check Pointşirkəti artıq bu problem barəsində messencerlərin developerlərinə xəbər verib. Onlar isə həmin problemi aradan qaldırıblar. Siz yenə də tanış olmayan insanlardan gələn hansısa bir faylı açmasaz daha yaxşı olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər