main-post-cover

    Edward Snowden müxtəlif tədbirlərdə necə iştirak edir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Rusiya Federasiyasında müvəqqəti sığınacaq tapmış MTA (Milli Təhlükəsizlik Agentliyi) və MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) keçmiş əməkdaşı Edward Snowden ABŞ-da keçirilən bir çox tədbirlərdə iştirak edir. Bunun üçün o uzaqdan idarəli robotdan istifadə edir. Söhbət Beam Pro adlı cihazdan gedir. Həmin cihaz uzaqda yaşayan hər hansı bir şəxsin ziyarətçi kimi iştirak etməsini təmin edir. Beam Pro mikrofon və kameradan ibarət ekrandır. O təqribi olaraq insan sinəsinə yaxın hündürlükdə iki nazik sütuna birləşdirilib. Həmin sütunlar isə təkərli platformaya bərkidilir. Snowden Rusiyada ola-ola həmin robotu idarə edə bilir. O digər insanlarla əlaqəni robotda olan mikrofon və kamera vasitəsilə yaradır. Bu zaman robotun ekranında isə Snowden-in üzü əks olunur. Həmin cihaz haqqında məlumatı olanlar artıq robotu "Snowbot” adlandırırlar. Robot bir qayda olaraq Amerika Vətəndaş Azadlıqları Birliyinin Nyu-York ofisində yerləşir. Sözügedən təşkilat ABŞ-ın nüfuzlularından biridir. Onun əməkdaşları robotu Edward Snowden-in iştirak etmək istədiyi tədbirlərə aparırlar. İstər bu auditoriya qarşısında çıxış olsun, istərsə də adi bir yığıncaq. Robot lazımi yerə çatdırıldıqdan sonra Snowden onu idarə edir. Qeyd edək ki, Edward Snowden 2013-cü ildə MKİ-nin qlobal izləmə proqramı haqqında məlumatları paylaşdıqdan sonra Rusiya Federasiyasından müvəqqəti sığınacaq almışdır. ABŞ-da Snowden gizli məlumatları paylaşdığı üçün ittiham olunur. O uzun müddət ərzində həbs cəzası ala bilər. Hətda ABŞ-da Snowden-i xain hesab edirlər. ABŞ administrasiyasının nümayəndələri dəfələrlə bildirmişdilər ki, onlar onu bağışlamayacaqlar. Belə ki, o milli təhlükəsizliyin maraqlarına ciddi zərbə vurmuşdur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər