main-post-cover

    Dünyanın ən nazik notebook-u ilə tanış olun

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Kompüter sektorunun ən böyük istehsalçılarından biri olan Acer, hazırladığı Swift 7 adındakı modeli ilə bir ilkə imza atdı. 1 sm ölçüsündən belə incə bir kompüter bizləri gözləyir.

    IFA 2016 tədbirində sürətli bir başlanğıc reallaşdıran Acer, dünyanın ən incə kompüteri olmağa namizəd yeni modelini rəsmi olaraq təqdim etdi. Gücünü Intel Core i5 prosessorundan alan cihaz, 7-ci nəsil Intel Kaby Lakeyonga modelindən faydalanır. Bunun yanında tam olaraq 0.39 inç incəliyində olan modelin bu xüsusda Apple MacBook HP Spectre ilə yarışdığını iddia edə bilərik.
    Aldığımız məlumatlara görə Acer Swift 7, 13.3 inç böyüklüyündə Full HD IPS ekran ilə birlikdə gələcək. 8 GB RAM və 256 GB SSD yaddaş tutumu kimi xüsusiyyətləri özü ilə gətirəcək olan modeldə hər hansı bir soyutma sistemi yoxdur. Intel Kaby Lake çip istifadə edən model, soyutma sistemindən istifadə etməyə ehtiyac duymur. İncə olması ilə yanaşı, 1.1 kq ağırlığında olan model, 9 saatlıq şarj vaxtı, USB-C 3.1 girişi və qulaqcıq girişi kimi qoşulma nöqtələrinə sahibdir.
    Şimali Amerika və Avropa bölgələrində Oktyabr ayı içərisində satışa buraxılacağı bildirilən Swift 7-nin ilkin qiyməti isə 1299 Avro olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər