main-post-cover

    Dünyanın 16 Mpxl kameralı ilk fotoaparatı! Qarşınızda L16!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Son illərdə klassik kamera dizaynı çox dəyişdi və şirkətlər kamera modulunu daha kiçik ölçülərə endirməyə başladılar. Bunu nəzərə alaraq az tanınan şirkət olan Light bu durumu dəyişdirmək üçün 16 fərqli kamera modulunun olduğu L16 adlı DSLR kamerasını təqdim etdi.
    1444394481_img20151009153801.jpg
    Light firmasının qurucusu olan Rajiv Laro fotoqraflıq dünyasında "səssiz inqilab" etdiklərini bildirərək L16 adlı kiçik ölçülü cihazlarına 16 ədəd kamera lensini sığışdırmağı bacardıqlarını söylədi.
    Şirkətin kompakt və dəyişdirilə bilinən lenslər ilə yaratdıqları DSLR fotoaparatı L16'da hər kamera 13 megapiksel keyfiyyətə malik və üç fərqli fokuslanma uzunluqları ilə qruplaşdırılıb. Cihazda beş 35 mm, beş 70 mm və altı 150 mm ölçülərində 16 kamera modulu var. Kompakt bir cihaz içinə bütün sensorları sığdırmaq üçün şirkət "qatlana bilən optik" texnologiyası istifadə edib. Həmçinin cihazın arxa üzündə görüntüləri görə biləcəyiniz və üzərində işləyə biləcəyiniz 5-inç ekran  da təchiz olunub.
    1444394504_img20151009153821.jpg
    Bütün kamera sensorlarından alınan görüntüləri birləşdirərək  52 megapikselə qədər yüksək keyfiyyətli fotoya dönüşdürür. Zəif işıq şərtlərində yüksək keyfiyyət və gurultu azaltmada böyük miqdarda azalma edən sistemlə istehsalçı öz rəqəmsal fotoaparatı ilə böyük problemi həll etməyi bacardıqlarını deyir. 
    1444394530_img20151009153941.jpg
    Şirkətin rəsmi saytında L16 ilə çəkilən fotoların keyfiyyətinə özünüz baxıb qiymət verə bilərsiniz. Digər tərəfdən kamera 1299 dollardan sifariş oluna bilinir. Amma cihazın 6 sentyabrdan sonra dəyəri 1699 dollar olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər