main-post-cover

    Dünyanı qorxuya salan dəhşətli Zika virusu haqqında.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Dünyanı qorxuya salan Zika virusu sürətlə yayılmaqdadır. Dünya Sağlıq Təşkilatı (WHO) fövqalədə vəziyyət elan edərək, virusun səbəb olacağı xəstəlikləri və virusa qarşı peyvəndləri araşdırır.


     
    Zika virusu ilk dəfə 1947-ci ildə Uqandada Rhesus cinsli meymunlarda tapılıb. Virusa yoluxduqdan 3-12 gün sonra xəstəlik baş qaldırır. Bir növ kripi xatırladan bu virus hərarət, baş ağrısı, gözlərdə qızarma, qusma, əzələ ağrıları kimi simptonlar yaradır. Virusa yoluxan xəstələrin sadəcə 20%-də bu əlamətlər ortaya çıxır. Ağcaqanad sancması ilə yayılan bu virus hamilə qadınlar üçün olduqca təhlükəlidir. Hələ doğulmamış uşaqların beynində kiçilmə yaradan onları inkişafdan saxlayan bu virus bəzi hallarda uşağların doğulmadan ölməsinə səbəb olur.
     


    Xəstəlik, "Aedes Aegypti" cinsi ağcaqanadların hamilə qadınlara saldığı Zika virusu ilə yayılır. Ümumdünya sağlıq təşkilatı (WHO) bu xəstəliyin insandan insana keçməsini, qan vasitəsilə yoxulmasını, cinsi əlaqə zamanı da yoluxduğunu xüsusilə qeyd edib.
     
    Zika virusuna yoxulmuş ana xəstəlyi birbaşa bətnində olan uşağa ötürür. Anadan olan zaman kiçik baş quruluşuna malik olan bu körpələr inkişaf qalmış, qüsurlu şəkildə olurlar. Təkcə keçən ilin oktyabr ayında Braziliyada bu şəkildə 4000 uşaq doğulub. Aparılan araşdırmalar nəticəsində doğulan körpələrin analarında Zika virusu təsbit edilib.


     
    Virus dünya miqyasında tropik qurşaqda yerləşən ölkələrdə daha çox rast gəlinir. 2015-ci ildə Braziliyada sürətlə yayılan bu virus çox keçmədən Latın Amerikasını cənginə aldı. Ümumdünya Sağlıq Təşkilatı Çili və Kanada istisna olmaqla digər Amerika ölkələrində fövqalədə hal elan etdi. Çili və Kandanın siyahıda olmama səbəbi sözügedən ağcaqanadların həmin ərazilərdə yayılmamasıdır.


     
    Hazır ki, vəziyyətdə virusun müalicəsi yoxdur və virusun qarşısın almaq üçün də hər hansı peyvənd hazırlanmayıb. Mütəxəssislər hələ də bu virusun çarəsin tapmaq üçün çalışmalarına davam edirlər. Bu tip peyvəndlərin hazırlanmasının isə uzun bir vaxt alacağı istisna deyil.
    Linki kopyala