main-post-cover

    Dünya təhlükədədir! Stephen Hawking, Elon Musk da daxil olduğu 1000 nəfərlik qrup süni zəkaya qarşı.

    07.05.2017
    Farid Pardashunas
    Son zamanlar robot sənayesi sürətlə inkişaf etməkdədir və paralel olaraqaq süni zəka üzərində işlər gedir. Lakin hələ dünya yaranan bu potensial təhlükənin fərqində deyil.Elm adamları bildirirlər ki, süni zəka və robotların inkişafı gələcəkdə qlobal problemə çevrilə bilər.Nəinki problem, hətta bu dünyanın və insan oğlunun sonun gətirə bilər.Bu səbəblə 1000 nəfərdən ibarət bu qrup yaranacaq bu problemin qarşısın almaq üçün bir araya gəlmək niyyətindədirlər.Bu qrupun üzvləri və yaradıcıları arasında iki məşhur şəsx var.Tesla şirkətinin direoktor Elon Musk və Stephen Hawkingdir danışırıq. Hər iki şəxs məsələ ilə bağlı olaraq Robot istehsal edən və süni zəkanı araşdarıb inkişafına səbəb olan müəsisələri bu barədə xəbərdar ediblər.Əvvəllər də süni zəkanın inkişafına mane olmaq üçün yatırımlar edən Elon Musk bu dəfə daha bir addım atıb.Onun bu addımı sözü gedən problemin aradan qaldırılmasına və bu sənayenin inkişafına maneə törətmək üçün atılmışdır.Boston mərkəzli bir qrup tədqiqatçının açıqlamasında aşağıdakılar qeyd olunur.
    "Bu gün dünyada süni zəkaların və robortların silahlandırılması yönündə iri addımlar atılır.Ordular isə bu işə çox maraqlıdırlar hətta bəzi ordular bu işə bir başa cəlb olunmaq niyyətindədirlər.Bu yöndə atılacaq növbəti addımlar məhz bu sənayedə rəqabətin yaranmasına gətirib çıxacaq və qısa zaman ərzində inkişafa nail olunacaq.Bu nüvə silahından da təhlükəlidir.Səbəb isə süni zəkaların silahlanması daha ucuz qiymətə başa gəlir və itkilər çox az olur.Əgər bu templə inkişaf getsə, növbəti illərdə yeriyən kalaşnikovları görə bilərik"
    Linki kopyala