main-post-cover

    Diqqət! WhatsApp istifadəçilərinə xoş xəbər.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Məlumat verdiyimiz kimi WhatsApp tətbiqetməsi fəaliyyətdə olduğu müddət ərzində istifadəçilərinə pullu xidmət göstərirdi. Belə ki, ilk 1 il siz WhatsApp-ı ödənişsiz istifadə etdiyiniz halda növbəti illərdə hər il istifadə üçün WhatsApp-a 1$ ödəməli idiniz. Lakin istifadəçilərin əksəriyyəti bu əməliyyatı həyata keçirmirdilər. Ödəniş olunmadığı təqdirdə də WhatsApp istifadə etmək mümkün olduğu üçün istifadəçilərin bir tətbiqin pulsuz çalışdığı halında niyə də pul ödəyəcəkləri məsələsinə nəhayət ki, WhatsApp rəsmiləri tərəfindən aydınlıq gətirildi. Jan Koum verdiyi açıqlamada artıq WhatsApp-ın təmamilə ödənişsiz olduğunu qeyd etdi:
    "WhatsApp üçün illik 1 dollar hər kəsin ödəyə biləcəyi məbləğdir lakin nəzərə alsaq ki, WhatsApp-ın istifadəçilərinin əksəriyyətinin bank hesabı və kartı yoxdur. Bu vəziyyət onlar üçün problem yaradır. Üstəlik illik 1 dollarla WhatsApp  çox pul qazanmır." Bundan əlavə WhatsApp-da heç bir reklam xarakterli məlumatın yerləşdirməyəcəyi də xüsusilə vurğulanıb. Belə olan halda WhatsApp necə pul qazanır deyə sizdə sual yaransa, bu məqaləni oxuya bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər