main-post-cover

    Diqqət! WhatsApp Gold virusu yayılır.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "WhatsApp-ın Gold versiyasına keçməklə daha funksional bir mesajlaşma şəbəkəsi əldə edə bilərsiniz" - tələsinə düşməyin.


    Dünya üzrə 1 milyarddan çox istifadəçi sayına çatan WhatsApp təbii ki, pis niyyətli insanların və xakerlərin də maraq dairəsindən yayınmır. Son zamanlar internetdə yayılan WhatsApp Gold versiyası həmin linkə daxil olan istifadəçilərin başlarına açmadığı oyun qalmır. Telefonunuza yaxud komputerinizə link vasitəsilə göndərilən WhatsApp Gold yenilənməsi, xakerlər tərəfindən heç də yaxşı olmayan məqsədlər üçün hazırlanıb. WhatsApp Gold linkinə daxil olduğunuz zaman pis məqsədli tətbiqetmələr sizin telefonunuza yüklənir və telefonu yavaşlatmaqla qalmır daxili məlumatları və bank hesablarınızı ələ keçirir.

     

    Adına aldanın premium və cool görünmək istəyən istifadəçilər qətiyyən bu linkə daxil olmasın. "WhatsApp+"dan sonra nömrələrin bloklanması və istifadəçilərin orijinal WhatsApp-a daxil ola bilməmələri onu göstərir ki, WhatsApp adında və brendinqində dəyişiklik etmək niyyətində deyil və yalnız yenilikləri WhatsApp Beta proqramına qoşulmaqla izləyə bilərsiniz. Bundan əlavə telefonunuzun təhlükəsizliyini təmin etmək istəyirsinizsə sizlər üçün seçdiyimiz ən yaxşı antiviruslara buradan nəzər sala bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər