main-post-cover

    Destiny 2 oyununun ilk traileri təqdim olundu

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Orijinal Destiny oyununu hazırlamış Bungie studiyası, Destiny 2 oyununun çıxış tarixini açıqladı və maraqlı videosunu təqdim etdi.

    Bundan əlavə olaraq oyunun əsas süjet xəttinin sinopsisi də məlum oldu. Yer kürəsinin sonuncu şəhəri, Gaul adlı şəxsin komandanlığı altında Qırmızı Legion tərəfindən məhv edilib. Mühafizəçilər isə məğlubiyyətə uğrayaraq yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qalıblar. Onların silahları və digər ləvazimatları itirilib. Qırmızı Legion heç kimə mərhəmət göstərməyərək hamını məhv edirdi. Bəxti gətirənlər isə sadəcə qaçmağa nail olmuşdular. Sözügedən oyunda oyunçu, mühafizəçilərdən birinin rolunda çıxış edərək qalaktikanın müxtəlif yerlərinə səyahət edərək düşmənə qarşı çıxış etmək üçün əlavə güc tapmalıdır. Yalnız beləcə doğma evi geri qaytarmaq mümkün olacaq. Oyunun ilk beta-test mərhələsi bu ilin yay fəslinə planlaşdırılıb. Destiny 2, bu ilin 8 Sentyabr tarixində PC, Xbox One və PS4 üçün satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər