main-post-cover

    Daha öncə bilmədiyiniz 13 faydalı Google xüsusiyyəti

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çox vaxt online axtarış edən zaman Google bizim ən yaxın dostumuza çevrilir. Hər gün milyonlarla insan bu axtarış sistemindən yararlanır. Lakin onların çox az hissəsi Google-un bütün potensialı ilə istifadə edə bilir. Əslində bu güclü axtarış sisteminin çox insan tərəfindən hələ kəşf olunmamış faydalı tətbiqetmələri, xidmətləri və xüsusiyyətləri var. Bu gün onlardan 13-ü ilə sizi tanış edəcəyik.
     
     
    1. Google Translate tətbiqetməsi səyahət etməyi xoşlayan insanlar üçün çox faydalıdır. Telefonun kamerasını tərcüməsi lazım olan mətnə doğru çevirərək həmin sözü istədiyiniz dilə asanlıqla tərcümə edə bilərsiniz. 
     
     

    2. Gmailify : Bu tətbiqetmə vasitəsilə siz eynilə outlook-dakı kimi bütün elektron məktublarınızı bir yerdə saxlaya bilərsiniz. 
     

    3. Google scholar akademik ədəbiyyatda axtarış edən bir sistemdir. Burdan etdiyiniz axtarışlərın nəticəsi sizi, uyğun dərs kitablarına, elmi məqalələrə və jurnallara yönləndirəcək. 
     
     

    4. Google keep parlaq, rəngli qeydlər yaratmaq üçün hazırlanmış bir tətbiqetmədir. Sadə və maraqlı interfeysə malik bu tətbiqetmə vasitəsilə artıq xatırlamalı olduğunuz qeydləri asanlıqla xatırlayacaqsınız.
     

    5. Google sky: Kosmosu sanki ən güclü teleskop vasitəsilə izləmək istəyirsinizsə bu tətbiqetmədən yararlana bilərsiniz. 
     

    6. Google Fonts qrafik dizaynerlər üçün əvəzolunmaz axtarış sistemidir. Proyektləriniz üçün lazım olan ən yaxşı yazı formasını tapağınızda sizə çox kömək edəcək. 
     


    7. Google Arts & Culture: Əgər incəsənət həvəskarısınızsa bu tətbiqetməni mütləq gözdən keçirməlisiniz. Məşhur sənət əsərlərini kiçik detallarıyla kəşf etmək üçün möhtəşəmdir.
     

    8. Think with Google: Marketinq sahəsindəki ən son araşdırmaların nəticələri, davam edən müştəri trendləri və başqa mövzular haqqında daim xəbərdar olun. 
     
     

    9. Google Trends: Bu tətbiqetmə hal-hazırda ən məşhur axtarış mövzularını sizin üçün sıralayır. 

    10. Google shopping ilə texniki cihazlardan, kosetik vasitələrə qədər hər şey ala bilərsiniz. 
     

    11. Sound Search for Google Play Shazam-a oxşar möhtəşəm bir musiqi tanıma tətbiqetməsidir. Saniyələr ərzində dinlədiyiniz musiqinin adını öyrənə biləcəksiniz.
     

    12. Google Images internetdə şəkil axtarmaq üçün ən geniş miqyaslı vasitədir. Kmpüterinizdən bir şəkil yükləyin və nəticələrə baxın. Sizə oxşar şəkilləri, həmin şəklin müxtəlif ölçüdəki variantlarını, şəklin mövcud olduğu səhifələri göstərəcəkdir.
     
     

    13. Build With Chrome vasitəsilə virtual legolar ilə oynaya bilərsiniz. Sadəcə uşaqlar üçün yox həm də böyüklər üçün gözəl əyləncə üsulu ola bilər.

    Linki kopyala