main-post-cover

    Daha az yazı yazılmasını hədəfləyən Cola Messenger

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Günümüzdə bir çox mesajlaşma proqramları var. Bütün proqramlar daha çox yazı yazılmasına hədəflənib. Amma iPhone üçün hazırlanan Cola Messenger ilə bu proses daha sadə bir hala gəlir.


    Olduqca müasir interfeysi olan Cola Messenger, digərləri kimi əlaqə vasitəsi kimi işləyir. Amma "Bubble”, yəni balon sistemiylə öz fərqini ortaya qoyur. İnsanlar bu balonlar ilə mesaj pəncərəsində ediləcək işləri yaradırlar, sürətli anket qururlar, təqvim üzərindən uyğun zamanı seçə bilirlər və bütün bunlar minimum yazı yaz yazma ilə mümkün olur. Qrup söhbətləri də mövcud olan Cola Messenger, xəritədən canlı olaraq dostları izləməyə də imkan verir.
    Ödənişsiz olaraq təqdim olunan Cola Messenger proqramını buradan yükləyə bilərsiniz.
    Linki kopyala