main-post-cover

    Code Academy hər kəsi texnologiya sahəsində karyera tədbirinə dəvət edir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Proqramlaşdırma və dizayn sahəsində təhsil verən Code Academy 5 Noyabr tarixində karyera imkanları haqda tədbir təşkil edəcək. Tədbirdə texnologiya sayəsində karyera imkanlarından əlavə iştirakçıları maraqlandıran digər suallara Info Sessiyada cavab veriləcək. Bundan əlavə Code Academy yeni tədris ilinə hazırlıq görür. Info Sessiyada siz tədris müddəti, hansı dərslərin tədris olunduğu və s. kimi suallarınıza cavab tapacaqsınız.

    Code Academy aşağıdakı sahələr üzrə sizə təhsil təklif edir:

    1. Proqramlaşdırma (MCSD - Microsoft Certified Solution Developer)
    2. Sistem Administrasiyası (MCSA, MCSE - Microsoft Certified Solution Associate and Expert - 2 beynəlxalq sertifikatlı)
    3. Veb dizayn və Qrafika ( Adobe Photoshop, Illustrator, inDesign)
    4. 2D/3D modelləşdirmə və vizualizasiya (Autocad, 3DMAX, VRAY, Photoshop)
    5. Digital Media İdarəçiliyi (SEO, SEM, SMM, Dijital Reklamçılıq)
    6. Microsoft Office ( MOS - Microsoft Office Specialist)
    Tədbir 05 noyabr 14.00-da AF Business House 3-cü mərtəbə, Yüksək Texnologiyalar Parkında baş tutacaq. Qeyd edək ki, açılış öncəsi qiymətlərdən faydalanmaq istəyənlər üçün özəl endirimlər də nəzərdə tutulub. Qəbul olmaq istəyənlər üçün yerində qeydiyyat aparmaq mümkün olacaq. 
     
    Tədbir üçün burdan qeydiyyatdan keçə bilərsiniz.
    Linki kopyala