Çinin ən böyük texnologiya şirkətlərindən olan Tencent, Teslanın 5%-ni satın aldı
Digər
07.05.2017
Farid Pardashunas
Çinin ən dəyərli internet və texnologiya şirkətlərindən biri olan Tencent, Teslanın səhmdarları arasına qatıldı. Çinli şirkət SEC sənədlərinə görə Teslanın yüzdə 5% hissəsini satın alıb.
Çinin ən məşhur mesajlaşma tətbiqlərindən WeChat-ın sahibi
olan Tencent, paylaşılan məlumatlara görə 1,7 milyard dollar qarşılığında
8,167,544 Tesla hissəsi satın alıb. Bu hissələrin hazırki dəyəri 2,2 milyard dollara çatır çünki 17
Martda reallaşan bu əməliyyatın təqdim edilməssinin ardından Tesla hissələri
yüzdə 3% qədər artış göstərib.
Tencent, öz məhsul və xidmətlərinin yanında investor tərəfiylə
da önə çıxan bir şirkətdir. Çinli şirkət, keçən ilə görə gəlirlərində 48%
artımla 2016-cı ildə 21,9 milyard dollarlıq rekord gəlir əldə
etmişdi. Bu gəlir artımını doğru kanallara yönləndirdirmək istəyən Tencent-inSnap (Snapchat) və Didi Chuxing kimi əhəmiyyətli tətbiqlərə investisiya
etdiyini də xatırlatmaqda fayda var. Supercell-i isə 10,2 milyard dollara satın
almışdı.
Tencent üçün xatırlatmağımız lazım olan bir başqa məlumat isə
Here-nin yüzdə 10%-ni satın alan investorlar arasında yer almasıdır. Avtomobil və nəqliyyat sahəsindəki bu investisiyalar,
Tencent-in Teslanın ən böyük səhmdarlarından biri olmasını mənalı edir. Təbii
Tencent-in Tesla-da söz sahibi ola biləcəyini düşünmək üçün çox tezdir amma bu
yeni dəstək, gələcək planlarını
açıqlayan Elon Musk-ın daha rahat hərəkət etməsini təmin edə bilər.
Digər tərəfdən Çinli şirkət qısa müddət əvvəl də Kuaishou adlı
fotoşəkil paylaşma tətbiqinə 350 milyon dollar investisiya etmişdi. Kuaishou bu
il içində ABŞ-da birjaya açılmağı düşünən bu cəhdi Tencent-in qlobal strategiyalarına kömək
edəcək kimi dayanır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)