main-post-cover

    Çinin ən böyük texnologiya şirkətlərindən olan Tencent, Teslanın 5%-ni satın aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Çinin ən dəyərli internet və texnologiya şirkətlərindən biri olan Tencent, Teslanın səhmdarları arasına qatıldı. Çinli şirkət SEC sənədlərinə görə Teslanın yüzdə 5% hissəsini satın alıb.

    Çinin ən məşhur mesajlaşma tətbiqlərindən WeChat-ın sahibi olan Tencent, paylaşılan məlumatlara görə 1,7 milyard dollar qarşılığında 8,167,544 Tesla hissəsi satın alıb. Bu hissələrin hazırki dəyəri 2,2 milyard dollara çatır çünki 17 Martda reallaşan bu əməliyyatın təqdim edilməssinin ardından Tesla hissələri yüzdə 3% qədər artış göstərib.
    Tencent, öz məhsul və xidmətlərinin yanında investor tərəfiylə da önə çıxan bir şirkətdir. Çinli şirkət, keçən ilə görə gəlirlərində 48% artımla 2016-cı ildə 21,9 milyard dollarlıq rekord gəlir əldə etmişdi. Bu gəlir artımını doğru kanallara yönləndirdirmək istəyən Tencent-inSnap (Snapchat) və Didi Chuxing kimi əhəmiyyətli tətbiqlərə investisiya etdiyini də xatırlatmaqda fayda var. Supercell-i isə 10,2 milyard dollara satın almışdı.
    Tencent üçün xatırlatmağımız lazım olan bir başqa məlumat isə Here-nin yüzdə 10%-ni satın alan investorlar arasında yer almasıdır. Avtomobil və nəqliyyat sahəsindəki bu investisiyalar, Tencent-in Teslanın ən böyük səhmdarlarından biri olmasını mənalı edir. Təbii Tencent-in Tesla-da söz sahibi ola biləcəyini düşünmək üçün çox tezdir amma bu yeni dəstək, gələcək planlarını açıqlayan Elon Musk-ın daha rahat hərəkət etməsini təmin edə bilər.
    Digər tərəfdən Çinli şirkət qısa müddət əvvəl də Kuaishou adlı fotoşəkil paylaşma tətbiqinə 350 milyon dollar investisiya etmişdi. Kuaishou bu il içində ABŞ-da birjaya açılmağı düşünən bu cəhdi Tencent-in qlobal strategiyalarına kömək edəcək kimi dayanır.
    Linki kopyala