main-post-cover

    Çinli professor dərsdə darıxan tələbələrini təyin edən cihaz hazırladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Professor dərsdə darıxan tələbələr üçün qurduğu sistemi təqdim edib

    Bu yeniliyin sosial layihələrdə və təhsil sistemində tədqiqatlarda yararlı olacağı bildirilib. Çinli professor Vey Syaoyon üz ifadələrini tanıyan texnologiya hazırlayıb. Belə ki, bu texnologiya insanların emosiyalarını təyin edə bilir. The Telegraph-ın məlumatına görə bu yeni üsulla professor dərsi daha diqqətli dinləyən və dərsdə fəallıq edən tələbələri müəyyən edir. Yeni texnologiya kamera ilə təchiz olunub və onların üz ifadələrini analiz edərək nə dərəcədə yorğun olduqlarını ortaya çıxarır. Texnologiya 324 tələbə üçün üz diaqramını təyin etməyə imkan verir.
     

     
    Bu yeniliyin əsas üstünlüyü tələbələrin dərsə marağını artıracaq metodların təyin olunması və eyni zamanda onları yoran təlim metodlarının uzaqlaşdırılmasıdır. Bu yolla tələbələrdə elmə marağı daha yüksək səviyyəyə çatdırmaq mümkündür. Bundan əlavə yeni texnologiya ilə daha ədalətli qiymətləndirmə aparmaq mümkün olacaq. Daha aktiv tələbələr daha yüksək qiymətləndirilməlidirlər deyə professor bildirib. Qeyd edək ki, professor bu yeniliyi 5 il əvvəl istifadə etməyə başlayıb və ilk başlarda əsas məqsəd tələbələrin davamiyyətini müəyyən etmək olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər