main-post-cover

    CİA illərdir gizlətdiyi UNO sənədlərini ortaya çıxardı!

    07.05.2017
    Farid Pardashunas
    İllərdir yadplanetlilər varmı, yoxmu mövzusunda minlərlə yazı yazıldı, araşdırma edildi. Minlərcə fərziyyə irəli sürüldü. Hətta CİA’in bu mövzuda araşdırma apardığını da bilirik.
    Amerikan Mərkəzi Kəşfiyyat Təşkilatı UFO’lar haqqında illərdir gizlətdiyi sənədləri üzə çıxardı. Əsrarəngiz uçan dairələr, CIA’nin də vaxtilə diqqətindən qaçmamış və 1940-cı ildən bəri gizlətdiyi sənədləri təqdim edib. Əksəriyyəti 1940-50-ci illərə aid olan bu sənədlər naməlum obyektlərin var olduğunu sübut edir.
    cia

    CIA, "Bizim ‘X-Files” sənədlərinə göz atın başlığı altında açdığı bu mövzuda yüzlərlə sənəd yayımlayıb. Bizim X Files adı altında UNO və yadplanetlilərin bütün məlumatları bu sənədlərdə toplanıb.
    image.jpg

    Tonlarla sənədin arasında diqqət çəkən 10 əsas sənədi ictimaiyyətə təqdim edən CİA zarafatyana olaraq bir məşhur seriala sataşaraq, serialdakı iki əsas personaj olan FBİ agentləri Fox Mulder və Dana Scully’nin ”yadplanetliləri tapa bilmək və varlıqlarını araşdırmada istifadə edə biləcəklərini” söylədi. Zarafatyana bir dil istifadə edən CIA, qeyd etdiyimiz kimi 10 əsas sənədi önə çıxararaq incələməmizi istəmişdi. Bu sənədlərdən ən diqqət çəkəni isə Şərqi Almaniyada 1952-ci ildə 15 metr çapda bir UNO gördüklərini göstərən təşkilat UNO’ların rəsmlərini önə çıxardı.
    Digər önə çıxan sənədlərdə isə İspaniya, CAR kimi ölkələrdə tanımlanmayan bir uçan dairələri görürük. CİA bu sənədlərin açıqlanmasının səbəbini isə bu dairələr haqqında araşdırmalar və onların həqiqətən mövcud olduğunu ictimaiyyətə çatdırmaq üçün etdiklərini söylədi.
    56a90f0c67b0a902b099ccc0
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər